DAVAM
1. Dözüm, möhkəmlik, taqət, tab; müqavimət qabiliyyəti. Onun soyuğa heç davamı yoxdur.
2. Bir şeyin, işin və ya hadisənin daimi və ya müəyyən müddətli olması.
□ Davam etdirmək – başlanmış bir işi eyni qayda və ardıcıllıqla fəaliyyətdə saxlamaq, inkişaf etdirmək.
Davam etmək – 1) dözmək, tab gətirmək, müqavimətə və s.-yə qarşı dayanmaq.
2) bir şeyin üzərində möhkəm durmaq, səbat göstərmək. Öz fikrində davam etmək;
3) arasıkəsilmədən sürmək, əvvəlki halında qalmaq, fəaliyyətdə olmaq, təsirini, gücünü, şiddətini olduğu kimi saxlamaq. Yağış iki gündür davam edir. Soyuqlar çox davam etmədi.
// Başladığı bir işin arasını kəsməmək, dayandırmamaq. [Səlim bəy:] …Geri çəkilmədim.
– [Şamxal] …Papiros eşib yandırdı.
Davam gətirmək – bax davam etmək 1-ci mənada.
Davam gətirməmək – tab etməmək, dözə bilməmək.
DAVAM nədir? – DAVAM nedir? – DAVAM sözünün mənası – DAVAM sozunun menasi – DAVAM nə deməkdir? – DAVAM ne demekdir? – DAVAM sözünün izahı – DAVAM sozunun izahi – DAVAM sözünün istifadəsi – DAVAM sozunun istifadesi