DAMAR
1. Canlıların bədənində: içərisində qan və ya limfanın dövr etdiyi boruşəkilli orqan. Qan damarları. Damarları şişmək. Alnının damarları görünür.
□ Damar sistemi anat. – canlının bədənində olan bütün damarlar.
2. Çeşmənin mənşəyi, başlanğıcı.
3. Süxurda, ağacda və s.-də zolaq şəklində təbəqə; lay.
// Yarpaqlarda cizgi şəklində izlər.
4. məc. Xüsusiyyət, həvəs, təmayül, qabiliyyət, bacarıq mənasında.
// məc. Hiss, duyğu mənasında.
◊ Damarı tutmaq – tərslik etmək, inad etmək, şıltaq etmək. Onun gahdanbir damarı tutur. Yenə damarı tutubdur.
Damarına düşmək – xoşuna gəlmək, ürəyinə yatmaq. Bu hava adamın damarına düşür.
Damarını tapmaq – xasiyyətini, zəif yerini, ürəyini öyrənib bilmək.
Damarını tutmaq – 1) öyrənmək, mahiyyətini bilmək, uyğunlaşmaq.
2) bax damarını tapmaq.
Damarları qurumaq – qorxudan, dəhşətdən donub qalmaq, bərk qorxmaq.
Şah damar – 1) qanı ürəyə axıdan damar;
2) məc. bir şeyin əsası, mərkəzi, canı.
DAMAR nədir? – DAMAR nedir? – DAMAR sözünün mənası – DAMAR sozunun menasi – DAMAR nə deməkdir? – DAMAR ne demekdir? – DAMAR sözünün izahı – DAMAR sozunun izahi – DAMAR sözünün istifadəsi – DAMAR sozunun istifadesi