DAĞ
1. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. Qafqaz dağları. – Dağ dağa rast gəlməz, adam adama rast gələr. ( Ata. sözü ). Adətən ətəyi, yamacları və zirvəsi nisbətən aydın görünən hər hansı bir yüksəkliyə dağ deyilir. “Ümumi fiziki coğrafiya”.
□ Dağın döşü – dağın ön və orta tərəfi, azca mail səthi; dağdöşü.
Dağın ətəyi – dağın başlandığı yer, dağın yerlə birləşən aşağı hissəsi; dağətəyi. Kənd dağın ətəyində yerləşmişdir.
Sıra dağlar coğr. – hər hansı bir istiqamətdə uzanan dağ silsiləsi. Qafqaz sıra dağları. Ural sıra dağları.
2. Yaylaq, dağüstü düzənlik; “aran” qarşılığı olaraq uca yer, dağlıq yer.
3. məc. Çox möhkəm, əzəmətli, sarsılmaz şey haqqında.
4. məc. Çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman “kimi” qoşması ilə birlikdə işlənir). Kitablar dağ kimi yığılmışdır. Buldozerlər dağ kimi qalanan torpaq yığınlarını dağıdır.
◊ Dağ dağa (qayaya) rast gəlib – mübahisə edən iki adamdan heç birisinin güzəştə getməməsi mənasında.
Dağ kimi (dalında) durmaq – bütün varlığı ilə müdafiə etmək, himayə etmək. Qorxma, dağ kimi dalında durmuşam.
Dağa dönmək – 1) genişlənmək, çox böyümək;
2) ürəyi iftixar hissi ilə dolmaq.
Dağı dağ üstə qoymaq – çox böyük iş görmək, hünər göstərmək, çox böyük və ağır bir işin öhdəsindən gəlmək.
Dağı dağ üstündən atmaq – bax dağı dağ üstə qoymaq.
Dağlara düşmək – ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək.
DAĞ nədir? – DAĞ nedir? – DAĞ sözünün mənası – DAĞ sozunun menasi – DAĞ nə deməkdir? – DAĞ ne demekdir? – DAĞ sözünün izahı – DAĞ sozunun izahi – DAĞ sözünün istifadəsi – DAĞ sozunun istifadesi