DAD₁
1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam.
□ Dad orqanı (üzvü) anat. – dilin səthində olan və dadı müəyyənləşdirməyə xidmət edən sinir ucları.
Dadına baxmaq – 1) yeyilən və ya içilən şeyin dadını bilmək üçün ondan bir az yemək, ya içmək;
2) az yemək.
2. məc. Ləzzət, nəşə.
□ Dad almaq – ləzzət almaq. Bu yeməkdən heç bir dad almadım.
Dad vermək – ləzzət vermək, nəşə vermək, xoşa gəlmək.
Dada gətirmək – dadlı etmək, ləzzətli etmək; dadlandırmaq.
Dadı damaqda qalmaq, dadı damaqdan getməmək – unudulmayacaq qədər ləzzətli şey haqqında.
// Heç unutmamaq, yadda saxlamaq.
DAD₁ nədir? – DAD₁ nedir? – DAD₁ sözünün mənası – DAD₁ sozunun menasi – DAD₁ nə deməkdir? – DAD₁ ne demekdir? – DAD₁ sözünün izahı – DAD₁ sozunun izahi – DAD₁ sözünün istifadəsi – DAD₁ sozunun istifadesi