DABAN
1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.
2. Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq.
// Ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə.
3. dan. Bir daban bərabərində uzunluq.
4. dan. Dəfə, kərə. Üç daban getmək.
5. bax ayaq1 9-cu mənada. Tüfəngi dabana çəkmək. Dabanda saxlamaq.
6. məh. Dəyirmanın üst daşını yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu.
7. bax dabana. Qapının dabanı.
◊ Daban almaq – qaçmaq, götürülmək, yüyürüb getmək.
Daban döymək – çox gəzmək.
Daban qırmadan – dayanmadan.
Dabanına daş dəymək – yubanmaq, gecikmək, ləngimək.
Dabanına daş dəymiş – bəduğur, uğursuz.
Dabanına tüpürmək – bax daban almaq.
DABAN nədir? – DABAN nedir? – DABAN sözünün mənası – DABAN sozunun menasi – DABAN nə deməkdir? – DABAN ne demekdir? – DABAN sözünün izahı – DABAN sozunun izahi – DABAN sözünün istifadəsi – DABAN sozunun istifadesi