DƏRS
1. Müəyyən bir fənni öyrənmək üçün daimi, müntəzəm təlim.
// Tədris işi, məktəbdə məşğələ. Dərslər saat 9-da başlanır. – Payız fəsli daxil oldu.
// Ayrıca bir fənnə həsr olunmuş vaxt, saat. Üçüncü dərs ilə dördüncü dərs arasında böyük tənəffüs.
2. Gələn məşğələyə hazırlaşmaq, oxuyub öyrənmək üçün müəllimin şagirdə verdiyi tapşırıq, iş. Dərsini hazırlamaq (öyrənmək). Dərslərini yaxşı bilmək.
// Məktəbdə keçilən fənnin hər biri. Musiqi dərsi. Riyaziyyat dərsi.
// Oxuma, təhsil alma.
□ Dərs oxumaq – təhsil almaq.
// Təhsil, elm, bilik, savad. Onun dərsi azdır.
3. məc. Nəsihət, təlqin, öyrətmə. Dərsini yaxşı veriblər.
// İbrət, gələcək üçün nəticə çıxarıla biləcək bir şey, hadisə.
□ Dərs almaq – ibrət götürmək, öyrənmək. Yaxşı yoldaşdan dərs almaq.
Dərs olmaq – ibrət olmaq.
4. məc. Tənbeh, cəza.
□ Dərs(ini) vermək – tənbeh etmək, cəzalandırmaq. [Orxan:] Yavər belə qələt eləyə bilməz.
DƏRS nədir? – DƏRS nedir? – DƏRS sözünün mənası – DƏRS sozunun menasi – DƏRS nə deməkdir? – DƏRS ne demekdir? – DƏRS sözünün izahı – DƏRS sozunun izahi – DƏRS sözünün istifadəsi – DƏRS sozunun istifadesi