DƏRİ
1. İnsan və heyvanın bədəninin üstünü örtən mikroskopik məsaməli ət örtüyü. Qolumun dərisi soyulub. Dərisi səpmək. – Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi.
2. Heyvanın tüklə örtülü dərisi. Qoyun dərisi. Tülkü dərisi.
// Xəz. Dəri yaxalıqlı palto.
3. Gön. Özümüz üçün lazım olan paltar və ayaqqabı hazırlamaqdan ötrü heyvanlardan yun, xəz, dəri (gön) əldə edirik.
4. Pendir, yağ və s. saxlamaq üçün qoyun və keçi dərisindən xüsusi üsulla hazırlanan motal.
5. Dəridən qayrılmış, dəridən düzəldilmiş, dəridən tikilmiş. Dəri palto. Dəri yaxalıq. Dəri ayaqqabı. Dəri cild.
6. Meyvənin qabığı.
◊ Bir dəri, bir sümük – son dərəcə arıq, sısqa, zəif adam haqqında.
Dəridən çıxmaq – 1) həddindən artıq çalışmaq, əlləşmək, əlləşib-çapalamaq.
2) çoxlu zəhmət, pul, mal sərf etmək.
Dəridən-dırnaqdan çıxmaq – bax dəridən çıxmaq 1-ci mənada.
Dərisi üstündə yanmaq – arıqlamaq, qurumaq. İşləməkdən dərisi üstündə yanıb.
Dərisinə saman təpmək – çox əziyyət vermək, çox incitmək, divan tutmaq; öldürmək.
Dərisinə sığmamaq – 1) son dərəcə kökəlmək;
2) kibrlənmək, çox təşəxxüslənmək, öyünmək.
Dərisini soymaq məc. – bərk cəzalandırmaq, cəza vermək, divan tutmaq.
Dərisini sudan çıxarmaq – birtəhər canını qurtarmaq.
Quru dəri – çox arıq, çox zəif adam haqqında.
DƏRİ nədir? – DƏRİ nedir? – DƏRİ sözünün mənası – DƏRİ sozunun menasi – DƏRİ nə deməkdir? – DƏRİ ne demekdir? – DƏRİ sözünün izahı – DƏRİ sozunun izahi – DƏRİ sözünün istifadəsi – DƏRİ sozunun istifadesi