DƏRƏCƏ
1. Bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi. Mədəniyyət dərəcəsi. İnkişaf dərəcəsi. Bilik dərəcəsi. Təhsil dərəcəsi.
// Bir sıra sözlərə qoşulduqda, həmin sözlə ifadə edilən şeyin həddini, qədərini, əhəmiyyətini bildirir. Son dərəcə (ifrat bildirir). Mühüm dərəcədə (çox, olduqca). Eyni dərəcədə (bərabərlik bildirir). Bir dərəcəyə qədər (qismən, bir cəhətdən).
// Hədd.
// yerlik halında. Qədər. O dərəcədə. Bu dərəcədə isti görməmişəm. Mümkün dərəcədə.
2. Elmi ad, rütbə. Elmlər namizədi dərəcəsi. Doktorluq dərəcəsi.
3. İdmanda: qrup, kateqoriya, pillə. Şahmatda ikinci dərəcə almaq. İdmançının çəki dərəcəsi.
4. riyaz. Dairənin 1/360 hissəsinə bərabər bucaq və ya qövs ölçüsü vahidi.
5. fiz. Termometr, barometr və b. ölçü cihazları üzərindəki bölgü. Temperaturun ölçü vahidi dərəcədir. İyirmi dərəcə şaxta. Otuz dərəcə isti. – Yasəmənin qızdırması getdikcə artırdı.
6. Vəzifə, mövqe, rütbə, mərtəbə. Dərəcəsi yüksəlmək.
DƏRƏCƏ nədir? – DƏRƏCƏ nedir? – DƏRƏCƏ sözünün mənası – DƏRƏCƏ sozunun menasi – DƏRƏCƏ nə deməkdir? – DƏRƏCƏ ne demekdir? – DƏRƏCƏ sözünün izahı – DƏRƏCƏ sozunun izahi – DƏRƏCƏ sözünün istifadəsi – DƏRƏCƏ sozunun istifadesi