DƏN
1. Dənli bitkilərin məhsulunun hər bir dənəsi, ayrı-ayrı toxumu, tumu.
Qarğıdalının da dəninin çox hissəsi sulu karbonlardan ibarətdir.
□ Dən bağlamaq (tutmaq) – dənli bitkilərdə dən əmələ gəlmək, başaq bağlamaq, toxumlanmaq.
Dənə düşmək – çox dən yeməkdən xəstələnmək (bəzi ev heyvanları haqqında).
2. Ümumiyyətlə, taxıl, buğda, arpa, düyü və s. dənli bitki məhsulu. Dəyirmanda dənin yox, şahad üstə başımı niyə yarırsan? ( Ata. sözü ).
3. Quş yemi. Quş dənə yığılar, çibin şirəyə. ( Ata. sözü ).
4. məc. Saç və saqqalda tək-tək ağ tük.
□ Dən düşmək (saça, saqqala) – 1) tək-tük ağarmaq.
2) ağarmağa başlamaq, yetişməyə başlamaq.
DƏN nədir? – DƏN nedir? – DƏN sözünün mənası – DƏN sozunun menasi – DƏN nə deməkdir? – DƏN ne demekdir? – DƏN sözünün izahı – DƏN sozunun izahi – DƏN sözünün istifadəsi – DƏN sozunun istifadesi