DƏMİR
1. Təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən bozrəngli ağır kimyəvi element. Dəmir mədəni. Dəmir parçası.
// Dəmir parçası, dəmir təbəqəsi, dəmir çubuq.
// Ümumiyyətlə, dəmirdən qayrılmış şey, ya şeylər. Evin damı dəmirdir. Qapı dəmirdəndir.
2. Dəmirdən qayrılmış, dəmirdən hazırlanmış. Dəmir kassa. Dəmir mil.
// Məc. mənada. Dəmir qanadlar.
3. tib. Tərkibində dəmir preparatı olan dərman.
4. məc. Möhkəm, yenilməz, sarsılmaz. Dəmir iradə.
// məc. Eyni mənada təşbeh və müqayisələrdə.
◊ Dəmir dövrü arxeol. – ibtidai icma dövründə insanların əmək alətləri qayırmaq üçün əsas material olaraq dəmir işlətməyə başladıqları dövr.
Dəmir yolu – 1) qatarların hərəkət etməsi üçün relsli yol. Dəmir yolu çəkmək.
2) relsli yollara, qatarlara və qatarların hərəkətinə xidmət və bu işləri təşkil etməklə məşğul olan idarələrin məcmusu. Dəmir yolunda işləmək.
DƏMİR nədir? – DƏMİR nedir? – DƏMİR sözünün mənası – DƏMİR sozunun menasi – DƏMİR nə deməkdir? – DƏMİR ne demekdir? – DƏMİR sözünün izahı – DƏMİR sozunun izahi – DƏMİR sözünün istifadəsi – DƏMİR sozunun istifadesi