DƏLİ
1. sif. Ağlı və şüuru yerində olmayan, ruhi xəstə; divanə. Dəli arvad.
// İs. mənasında. Dəlilərə məxsus xəstəxana.
□ Dəli etmək (eləmək, qılmaq) – 1) ağlını başından almaq, ağıl və şüurunu itirməsinə səbəb olmaq, divanə etmək.
Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin. Qurbani;
2) məc. hirsləndirmək, cinləndirmək, coşdurmaq, özündən çıxartmaq.
Dəli olmaq – 1) ağıl və şüurunu itirmək.
2) məc. özündən çıxmaq, qızmaq, hirslənmək, bərk əsəbiləşmək, coşmaq, azğınlaşmaq. Teymur kağıza baxan kimi dəli olur. “M.N.lətif.”.
2. is. Gic, axmaq, sarsaq, ağılsız, öz danışığını və hərəkətini bilməyən adam.
3. sif. məc. Azğın, coşqun, hiddətli, şiddətli, önüalınmaz. Dəli külək əsir.
4. is. məc. “Dəlisi” şəklində – bir şeyin düşkünü, mübtəlası, bir şeyə həddindən artıq məhəbbət və həvəs göstərən adam, bir şeyin aludəsi; vurğun. Kitab dəlisi. Teatr dəlisi. Futbol dəlisi.
5. sif. məc. Folklorda: dəlicəsinə qoçaq, igid, qəhrəman. Dəli Kərəm. Dəli Alı.
// İs. mənasında (adətən cəm şəklində). Koroğlunun dəliləri.
6. sif. məc. Ürkək, oynaq.
◊ Dəli şeytan deyir… – bir işi görməkdə tərəddüd bildirir.
DƏLİ nədir? – DƏLİ nedir? – DƏLİ sözünün mənası – DƏLİ sozunun menasi – DƏLİ nə deməkdir? – DƏLİ ne demekdir? – DƏLİ sözünün izahı – DƏLİ sozunun izahi – DƏLİ sözünün istifadəsi – DƏLİ sozunun istifadesi