CİYƏR
Qara ciyər – insan və heyvan bədəninin öd hasil edən və maddələr mübadiləsi ilə bağlı bir sıra mühüm prosesləri törədən daxili orqanı; bağır.
◊ Ciyər dolusu – dərindən.
Ciyər eləmək – ürək eləmək, ürəklənmək, cəsarət etmək.
Ciyəri dağlanmaq – bax ciyəri yanmaq.
Ciyəri qana dönmək – bərk mütəəssir olmaq, ürəyi qan olmaq.
Ciyəri odlanmaq – 1) bax ciyəri (od tutub) yanmaq;
2) susuzluqdan yanmaq.
Ciyəri (od tutub) yanmaq – bərk mütəəssir olmaq, acımaq.
Qulu kişi bərk ufuldadı.
Ciyərin yansın! – qarğış ifadəsi.
Ciyərinə od düşmək – bax ciyəri (od tutub) yanmaq (odlanmaq).
Ciyərini çıxardaram! – hədə, qorxu ifadəsi.
Ciyərini dağlamaq (yandırmaq) – bax ürəyini yandırmaq (“ürək”də).
Ciyərini kabab eləmək (etmək) – bax ciyərini dağlamaq.
Ciyərinin başı sökülmək – ürəkdən acımaq, halına yanmaq, bərk mütəəssir olmaq. Xəstə uşağı gördüm, ciyərimin başı söküldü.
CİYƏR nədir? – CİYƏR nedir? – CİYƏR sözünün mənası – CİYƏR sozunun menasi – CİYƏR nə deməkdir? – CİYƏR ne demekdir? – CİYƏR sözünün izahı – CİYƏR sozunun izahi – CİYƏR sözünün istifadəsi – CİYƏR sozunun istifadesi