ÇIXMAQ
1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. Evdən çıxmaq. Kabinetdən çıxmaq.
2. Bir yerə getməyə başlamaq, yola düşmək. Qatar saat 2-də çıxır.
3. Doğmaq, tülu etmək, görünmək. Gün çıxdı.
4. Yuxarı qalxmaq, başıyuxarı getmək, qalxmaq. Yuxarı mərtəbəyə çıxmaq. Yoxuşu çıxmaq.
5. Göyərmək, bitmək, yerdən çıxmaq, cücərtisi görünmək. Pambıq yenicə çıxmışdı.
6. riyaz. Bir ədədi (rəqəmi) başqa bir ədəd (rəqəm) qədər azaltmaq. 10-dan 3 çıxmaq.
7. İşini, vəzifəsini buraxmaq, tərk etmək, işlədiyi yerdən getmək, əlaqəsini kəsmək. İşdən çıxmaq. Vəzifəsindən çıxmaq.
8. Öz işini görüb qurtararaq getmək, yerini tərk etmək.
9. Birdən-birə zahir olmaq, görünmək, qarşısına çıxmaq. Yoluma bir maşın çıxdı. – Bağlar arası ilə uzanan bir yolla gedirdim.
10. Bir şeyin üstünə qalxmaq, dırmaşaraq qalxmaq. Dama çıxmaq. Ağaca çıxmaq.
11. Müəyyən hündürlükdə olmaq. Su döşə çıxır.
12. Bir işi görmək üçün getmək, gəlmək. İməcliyə çıxmaq. Ova çıxmaq.
13. Qurtarmaq, sonu çatmaq, keçmək, ötmək. Yaz çıxdı. Gecə çıxdı.
14. Çap olunmaq, nəşr olunmaq, dərc edilmək, buraxılmaq. “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən çıxmağa başlamışdır. Kitab bu ay çıxacaqdır.
15. Təhlükəli, xətərli yerdən uzaqlaşmaq.
16. məc. Olmaq.
17. Yerin altından hasil edilmək, əldə edilmək. Respublikamızda yüksək keyfiyyətli neft çıxır. Sibirdə almaz çıxır.
// İstehsal olunmaq, alınmaq. Süddən yağ çıxır.
18. Doğulmaq, törəmək, yetişmək, meydana gəlmək. Şamaxıdan görkəmli şairlər çıxmışdır. Ailəmizdən iki mühəndis çıxmışdır.
19. Yaşamaq, salamat qalmaq, müəyyən vaxta qədər sağ-salamat yaşamaq. Yemsizlikdən qoyunlar yaza çıxmadı.
20. İstehsal edilmək, buraxılmaq, hazırlanmaq.
21. Verilmək, qəbul olunmaq, elan edilmək. Yeni qərar çıxdı.
22. Boşanmaq, ərindən ayrılmaq. Arvad ərindən çıxdı.
23. İcad olunmaq, kəşf olunmaq, düzəldilmək, buraxılmaq. Zavoddan yeni markalı maşın çıxdı.
24. Eşidilmək, qulağa gəlmək. Səs çıxmaq. Hay-küy çıxmaq.
25. Hesab etmək.
26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yoxa çıxmaq, əldən çıxmaq, yoldan çıxmaq, özündən çıxmaq, yaddan çıxmaq və s.
ÇIXMAQ nədir? – ÇIXMAQ nedir? – ÇIXMAQ sözünün mənası – ÇIXMAQ sozunun menasi – ÇIXMAQ nə deməkdir? – ÇIXMAQ ne demekdir? – ÇIXMAQ sözünün izahı – ÇIXMAQ sozunun izahi – ÇIXMAQ sözünün istifadəsi – ÇIXMAQ sozunun istifadesi