ÇIXARTMAQ
1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq.
// Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq.
2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. Cibindən pul çıxar(t)maq.
3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. Vəzifədən çıxar(t)maq.
4. Qərar vermək, hökm vermək, təklif etmək.
5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. Papağını çıxar(t)maq.
6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. Ağrıyan dişi çıxar(t)maq. Şitil çıxar(t)maq.
7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək.
8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. Sürünü əkin yerindən çıxar( t)maq.
9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. Uşaqları yayda şəhərdən çıxar(t)maq.
10. Nəşr etmək, çap etmək, buraxmaq.
C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş.
11. Yerin altından istehsal etmək. Neft (qaz) çıxar(t)maq.
12. Yara, səpmə və s. əmələ gəlmək. Çiban çıxar(t)maq. Yara çıxar(t)maq.
13. Hündür bir yerə qaldırmaq, aparmaq. Şiferləri dama çıxar(t)maq.
14. dan. Oynamaq, göstərmək, nümayiş etdirmək.
15. Atmaq, pozmaq, qaralamaq. Əlyazmasının beşinci abzasını çıxar(t)maq.
16. dan. Boşamaq, ayrılmaq. Arvadını çıxarmaq.
17. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs:. təmizə çıxar(t)maq, əldən çıxar(t)maq, ad çıxar(t)maq, oyun çıxar(t)maq, yaddan çıxar(t)maq.
ÇIXARTMAQ nədir? – ÇIXARTMAQ nedir? – ÇIXARTMAQ sözünün mənası – ÇIXARTMAQ sozunun menasi – ÇIXARTMAQ nə deməkdir? – ÇIXARTMAQ ne demekdir? – ÇIXARTMAQ sözünün izahı – ÇIXARTMAQ sozunun izahi – ÇIXARTMAQ sözünün istifadəsi – ÇIXARTMAQ sozunun istifadesi