BELƏ
1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. Mən belə adam görməmişəm. Belə işlərə yol vermək olmaz.
[Suraxanski:] Mən heç vaxt … demərəm ki, məni tərif et.
// Bu qədər, bunca.
2. “Hətta” mənasında bağlayıcı kimi işlənir.
3. Bu boyda, bu yekəlikdə. Belə ağacın başına qalxmaq çətindir.
4. dan. Bu tərəfə, bu yana, o tərəfə, o yana. Bir-birimizdən ayrıldıq, mən belə gəldim, o belə getdi.
5. “Bundan”, “bu gündən” sözləri ilə bərabər: bundan sonra, bundan etibarən, başlayaraq. Bundan belə mən sizə gəlməyəcəyəm.
6. Yalnız cəm şəklində: belələr(i) – bu cür adamlar.
7. Qoşa şəkildə: belə-belə – bax belə 1-ci mənada.
8. “Ki” bağlayıcısı ilə: belə ki (əski forması “belə kim”) – nəticə bildirən qovuşuq cümlələri birləşdirən bağlayıcı yerində işlənir (“buna görə də” mənasında). Belə kim mən görürəm dilbərimin, qəmzəsini; Öldürür aşiqi-sərgəştəni mərdanə bu gün. Reyhan xanım.
Elə belə – 1) nə yaxşı, nə pis, babat, miyanə, orta;
2) müəyyən məqsədsiz, qərəzsiz, bikarçılıqdan. Elə belə tində durmuşdum.
BELƏ nədir? – BELƏ nedir? – BELƏ sözünün mənası – BELƏ sozunun menasi – BELƏ nə deməkdir? – BELƏ ne demekdir? – BELƏ sözünün izahı – BELƏ sozunun izahi – BELƏ sözünün istifadəsi – BELƏ sozunun istifadesi