BƏRKİTMƏK
1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək.
// Bir şeylə bağlayaraq, mıxlayaraq, calayaraq, yapışdıraraq, bənd edərək, ilişdirərək, keçirərək, buraraq möhkəmləndirmək. İlgəkləri bərkitmək. Vinti burub bərkitmək. Sınıq yeri iplə bağlayıb bərkitmək. Taxtaları mıxlayıb bərkitmək. Şəkilləri divara vurub bərkitmək.
// Bağlamaq.
2. Möhkəmlətmək; möhkəm, alınmaz, keçilməz hala gətirmək.
3. Cismən və ruhən möhkəmləndirmək, qüvvətləndirmək, sağlamlaşdırmaq. Günəş, hava, su bədənimizi bərkidən mühüm amillərdir.
4. İsrar etmək, inad göstərmək, sözünün üstündə durmaq.
5. Sürətini artırmaq, yeyinlətmək.
6. Şiddətlənmək, güclənmək, bərkimək. Çiskin bərkidirdi.
BƏRKİTMƏK nədir? – BƏRKİTMƏK nedir? – BƏRKİTMƏK sözünün mənası – BƏRKİTMƏK sozunun menasi – BƏRKİTMƏK nə deməkdir? – BƏRKİTMƏK ne demekdir? – BƏRKİTMƏK sözünün izahı – BƏRKİTMƏK sozunun izahi – BƏRKİTMƏK sözünün istifadəsi – BƏRKİTMƏK sozunun istifadesi