BƏRABƏR
1. sif. Başqası ilə tən, bir ölçüdə, bir boyda olan. Bərabər qiymətli. Bərabər qüvvəli. Bərabər kəmiyyətli.
□ Boyu bərabəri – özü boyda.
Bərabər etmək – 1) bax bərabərləşdirmək;
2) bax bərabər tutmaq (aşağıda, 4-cü mənada).
2. sif. Başqası ilə bir hüquqda, bir vəziyyətdə olan. Bərabər hüquq. Deputat seçkiləri bərabərdir; hər bir vətəndaş bir səsə malikdir; bütün vətəndaşlar seçkilərdə bərabər əsaslar üzrə iştirak edirlər.
3. Zərf mənasında. Bir yerdə, birlikdə, birgə, yanaşı, bahəm. Bərabər işləmək (çalışmaq). Bərabər oxumaq.
4. İs. mənasında. Tay, bənzər, misl. Onun bərabəri yoxdur.
□ Bərabər tutmaq – bir tutmaq, tay tutmaq, başqası ilə bir tutmaq, bərabərləşdirmək.
5. İs. mənasında. Ön, qarşı, tuş, qabaq.
6. Xəbər mənasında. Birdir, eyni şeydir deməkdir.
BƏRABƏR nədir? – BƏRABƏR nedir? – BƏRABƏR sözünün mənası – BƏRABƏR sozunun menasi – BƏRABƏR nə deməkdir? – BƏRABƏR ne demekdir? – BƏRABƏR sözünün izahı – BƏRABƏR sozunun izahi – BƏRABƏR sözünün istifadəsi – BƏRABƏR sozunun istifadesi