BƏND
1. anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. Barmaqların bəndləri. Bəndləri ağrımaq. Bəndləri qırılmaq.
2. Müxtəlif hissələrdən ibarət olan şeyin hissələrini bir-birinə rəbt edən, bağlayan, bərkidən bağ və s. Qamışın bəndləri. Borunun bəndləri aralandı.
// Sınmış, aralanmış, qopmuş bir şeyi bərkitmək üçün ona keçirilən halqa, sarğı və s.
3. Ümumiyyətlə, bağ, ip, düyün.
// Məc. mənada.
□ Bənd edilmək – bağlanmaq, rəbt edilmək, birləşdirilmək, keçirilmək, ilişdirilmək.
Bənd etmək – bağlamaq, rəbt etmək, ilişdirmək.
4. Ayrı-ayrı hissələrdən ibarət olan bir şerin bir parçası. Şerin birinci bəndi.
5. Qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin, sənədin və s.-nin rəqəm və ya hərflə ayrılan kiçik hissəsi, maddəsi. Qanunun 3-cü fəslinin “D” bəndi. Müqavilə üç bənddən ibarətdir. Qərarın üçüncü bəndində belə yazılmışdır.
6. Bir yeri seldən, daşqından qorumaq, yaxud suyun (arxın, kanalın) kənara axmasının qabağını almaq üçün çəkilən sədd. Bənd çəkmək.
◊ Bənd almaq – gedib, ya qaçıb bir yerdə dayanmaq, durmaq, qərar tapmaq. Nə olardı Ağa Məhəmməd xan bu cəlalı görəydi.
Bənd etmək (eləmək) – məftun etmək, cəlb etmək, aşiq etmək.
Bənd olma(yın)! – fikir vermə( yin), əhəmiyyət vermə(yin), işin(iz) olmasın, mane olma(yın).
Bənd olmaq – 1) bir işdən yapışmaq, bir işlə məşğul olmaq, bir işlə başı qarışmaq.
2) ilişmək, yapışmaq, bağlanmaq. Çox keçmədi, onu gördüm ki, bir əl mənim yaxama bənd oldu. Mir Cəlal;
3) ilişib qalmaq, dayanmaq, durmaq, qərar tutmaq.
4) bağlanmaq, rəbt olunmaq, mərbut olmaq.
Bəndə çəkmək – əl-qolunu bağlamaq, hərəkət etməsinə mane olmaq.
Bəndə düşmək – yubanmaq, gecikmək, təxirə düşmək, ləngimək, ilişib qalmaq.
Bəndə salmaq – 1) girə keçirmək, ələ keçirmək;
2) dustaq etmək, həbsə salmaq.
Bəndə vurmaq – 1) dustaq etmək, həbsə salmaq; qaçmasın deyə əllərini, ayaqlarını bağlamaq;
2) məəttəl etmək.
Bəndinə çəkmək – əlinə keçirmək, cənginə keçirmək (salmaq).
BƏND nədir? – BƏND nedir? – BƏND sözünün mənası – BƏND sozunun menasi – BƏND nə deməkdir? – BƏND ne demekdir? – BƏND sözünün izahı – BƏND sozunun izahi – BƏND sözünün istifadəsi – BƏND sozunun istifadesi