BƏLA
1. Uğursuzluq, bədbəxtlik, müsibət, fəlakət, afət. Ona bəla üz verdi.
// Məc. mənada.
2. Qəm, qüssə, kədər, dərd, əzab, iztirab.
□ Bəla çəkdirmək – zülm etmək, əziyyət vermək, çox incitmək.
Bəla çəkmək – müsibət və məşəqqət görmək, çox ağır hallar keçirmək.
Bəlasını çəkmək – əziyyətinə dözmək, qatlaşmaq, əziyyətini çəkmək.
Bəlaya düçar olmaq – fəlakətə məruz qalmaq.
Bəlaya düşmək – əziyyətə, müsibətə məruz qalmaq, xataya düşmək, çətin vəziyyətə düşmək.
Bəlaya salmaq – müsibətə salmaq, çətin vəziyyətə salmaq.
Bəlayi-müsibətlə – çox çətinliklə, böyük çətinlik və əziyyətlə.
Bəlayi-nagəhan – gözlənilməz bəla, afət (bəzən məcazi mənada işlənir). Bu prokuror ki, görürsünüz, bir vaxt N.
◊ Başa bəla kəsilmək – daima incitmək, gözümçıxdıya salmaq, daim əngəl törətmək.
Başına bəla açmaq – əngələ salmaq, çıxılmaz vəziyyətə salmaq, əngəl törətmək.
BƏLA nədir? – BƏLA nedir? – BƏLA sözünün mənası – BƏLA sozunun menasi – BƏLA nə deməkdir? – BƏLA ne demekdir? – BƏLA sözünün izahı – BƏLA sozunun izahi – BƏLA sözünün istifadəsi – BƏLA sozunun istifadesi