BƏD
1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş.
□ Bəd gəlmək, bəd gətirmək – pis gətirmək, nəhs gətirmək, baş tutmamaq; uğursuzluğa uğramaq. İşi bəd gətirmək.
Bəd nəzər – mövhumata inananların təsəvvürüncə, guya baxdığı adama və şeyə gözündəki mövhumi qüvvə ilə xətər yetirən pis göz.
Bəd olmaz – pis olmaz, eybi yoxdur, yaxşı olar, ziyan etməz.
Bədinə danışmaq – pisliyinə danışmaq, qeybət etmək.
// Çirkin, yaraşıqsız, yöndəmsiz. Oranqutanq çox bəd görünüşlü heyvandır.
2. Hirsli, sərt, qapağan, tutağan. Bu it çox bəd itdir.
◊ Bəd ayaqda – təhlükəli, xətərli vaxtda, qorxulu dəqiqədə, iş çətinə düşəndə. Baxdı, gördü Aslandır.
BƏD nədir? – BƏD nedir? – BƏD sözünün mənası – BƏD sozunun menasi – BƏD nə deməkdir? – BƏD ne demekdir? – BƏD sözünün izahı – BƏD sozunun izahi – BƏD sözünün istifadəsi – BƏD sozunun istifadesi