BƏXT
1. Tale, qismət.
2. Müvəffəqiyyət, uğur. Onun oyunda heç bəxti yoxdur.
3. Nisbət şəkilçisi ilə, çıxışlıq halda: bəxtimdən, bəxtimizdən (ara söz) – bir hadisə, keyfiyyət və s. münasibəti ilə məmnunluq, razılıq ifadə edir (bəzən mənfi mənada işlənir). Bəxtimizdən hava açıldı.
◊ Bəxt ulduzu şair. – bəxt simvolu.
Bəxt əxtəri (sitarəsi) klas. – bax bəxt ulduzu.
Bəxti ayaq üstə durmaq – işi avand olmaq, istədiyinə çatmaq.
Bəxti açılmaq – işi yaxşı gətirmək, işi düzəlmək, çətinlikdən, ağır və pis vəziyyətdən qurtarmaq.
Bəxti dönmək – uğursuzluğa məruz qalmaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlamaq.
Bəxti işləmək – bax bəxti gətirmək.
Bəxti gətirmək – müvəffəq olmaq, işi düz gətirmək, taleyi gətirmək.
Bəxti çönmək – bax bəxti dönmək.
Bəxtinə çıxmaq – 1) yaxşı, ya pis bir şeyə təsadüf etmək, rast olmaq;
2) udmaq, aparmaq (oyunda).
Xoş bəxtiniz olsun! – salamatlıq, xoşbəxtlik arzusunu bildirən ifadə.
BƏXT nədir? – BƏXT nedir? – BƏXT sözünün mənası – BƏXT sozunun menasi – BƏXT nə deməkdir? – BƏXT ne demekdir? – BƏXT sözünün izahı – BƏXT sozunun izahi – BƏXT sözünün istifadəsi – BƏXT sozunun istifadesi