BƏHS
1. Bir şey haqqında ətraflı danışma, müzakirə etmə, fikir yeritmə.
// Söhbət, danışıq.
□ Bəhs etmək – danışmaq, söhbət etmək, fikir yeritmək.
Bəhs açmaq – söhbət açmaq, danışmağa başlamaq.
2. Mübahisə, söz güləşdirmə.
□ Bəhs düşmək – mübahisə düşmək.
Bəhs etmək – 1) mübahisə etmək. O bəhs etməyi çox sevir.
2) çəkişmək,mərcləşmək;
3) yarışmaq, bəhsləşmək.
Bəhsə düşmək – acığa düşmək, bəhsləşmək, yarışmaq.
Bəhsə gəlmək – bir-biri ilə yarışmaq.
Bəhsə girişmək – 1) mübahisəyə başlamaq;
2) birinin acığına iş görməyə başlamaq, çəkişmək.
Bir-birinin bəhsinə – 1) bir-biri ilə yarışaraq;
2) bir-birinin acığına.
3. Bir əsərin müəyyən məsələyə həsr olunmuş hissəsi, fəsli, bölməsi. Qrammatikanın feil bəhsi. Fizikanın işıq bəhsi.
BƏHS nədir? – BƏHS nedir? – BƏHS sözünün mənası – BƏHS sozunun menasi – BƏHS nə deməkdir? – BƏHS ne demekdir? – BƏHS sözünün izahı – BƏHS sozunun izahi – BƏHS sözünün istifadəsi – BƏHS sozunun istifadesi