AZDIRMAQ
1. İtkin salmaq, evdən uzaqlaşdırmaq, rədd etmək. İti azdırmaq. Pişiyi azdırmaq.
2. Düz yoldan çıxarmaq, yanlış istiqamətə yönəltmək, pis yola sövq etmək.
// məc. Qəsdən sapdırmaq, fikrini yayındırmaq, çaşdırmaq.
[Tahir:] Mənim fikrimi azdırma, mən cəbhəni demirəm.
3. Başqa tərəfə, başqa istiqamətə çevirmək, yönəltmək.
4. məc. Arzu edilməyən bir şəxsdən yaxa qurtarmaq üçün onu cürbəcür vasitələrlə özündən uzaqlaşdırmaq. Hərifi azdır getsin, qulağımızı apardı.
5. Korlamaq, pis öyrətmək, ərköyün öyrətmək, qudurtmaq. Uşağı azdırmışsınız, sözə də baxmır.
6. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: ağlını azdırmaq, danışığını azdırmaq, iz azdırmaq.
AZDIRMAQ nədir? – AZDIRMAQ nedir? – AZDIRMAQ sözünün mənası – AZDIRMAQ sozunun menasi – AZDIRMAQ nə deməkdir? – AZDIRMAQ ne demekdir? – AZDIRMAQ sözünün izahı – AZDIRMAQ sozunun izahi – AZDIRMAQ sözünün istifadəsi – AZDIRMAQ sozunun istifadesi