AYRI
1. zərf Xüsusi, tək, başqası ilə bağlı olmayaraq, müstəqil, özbaşına. O, ataanasından ayrı yaşayır. Ayrı gəzib dolanmaq.
□ Ayrı düşmək – aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq, əlaqəsini itirmək. Ailədən ayrı düşmək.
Ayrı salmaq – ayırmaq, uzaqlaşdırmaq, əlaqənin kəsilməsinə səbəb olmaq.
2. sif. Başqa, əlahiddə, qeyri, digər. Ayrı bir iş. Ayrı məsələ. Ayrı adam. Onun paltarı ayrı parçadandır.
3. Qoşma mənasında.
AYRI nədir? – AYRI nedir? – AYRI sözünün mənası – AYRI sozunun menasi – AYRI nə deməkdir? – AYRI ne demekdir? – AYRI sözünün izahı – AYRI sozunun izahi – AYRI sözünün istifadəsi – AYRI sozunun istifadesi