Mənasını axtardığınız sözü daxil edin.

AYAQ sozunun menası ve AYAQ nedir ve AYAQ ne demekdir sualına cavab tapa bilərsiniz.

AYAQ haqqında məlumat. AYAQ nə deməkdir? AYAQ sözünün mənası nədir? AYAQ nədir? AYAQ nə deməkdir? AYAQ sözü nə deməkdir? AYAQ sözünü necə yazmaq olar? Yan sözünün qısa mənası nədir? AYAQ sözü nə deməkdir? AYAQ sözünün mənası nədir? AYAQ sözünün Azərbaycan dilində istifadəsi: AYAQ sözünün Azərbaycan dilində istifadəsi, mənası nədir? AYAQ nə deməkdir?

Türkçe-Azerbaycanca Sözlük Türkçe-Azerbaycanca sözlükler, Türkçe ve Azerbaycan Türkçesi arasında anlam ve terim karşılaştırması yapmak amacıyla hazırlanan kaynaklardır. Bu sözlükler, dil öğreniminde, çeviri çalışmalarında ve iki dil arasındaki kültürel etkileşimi anlamada önemli bir araçtır. 1. Dil Öğrenimi İçin Önemi Türkçe-Azerbaycanca sözlükler, dil öğrenenler için temel bir kaynaktır. Yeni kelimelerin öğrenilmesi, dil bilgisi kurallarının kavranması ve günlük iletişimde kullanılan ifadelerin anlaşılması açısından oldukça faydalıdır. Bu sözlükler, dil öğreniminde pratik yapma imkanı sunarak öğrencilerin kelime dağarcığını geliştirmelerine yardımcı olur. 2. Çeviri Çalışmalarında Kullanımı Çevirmenler, Türkçe ve Azerbaycan Türkçesi arasında doğru anlam aktarımı yapmak için bu sözlükleri sıklıkla kullanır. Her iki dildeki kelimelerin doğru karşılıklarını bulmak, metinlerin çevirisinde anlam kaybını önlemek açısından kritik öneme sahiptir. Sözlükler, aynı zamanda deyim ve ifadelerin çevirisi konusunda da rehberlik eder. 3. Kültürel Etkileşim Türkçe ve Azerbaycan Türkçesi, dil aileleri bakımından birbirine yakın diller olmalarına rağmen, bazı kelimeler ve ifadeler farklılık gösterebilir. Türkçe-Azerbaycanca sözlükler, bu farklılıkları anlamak ve kültürel etkileşimi artırmak için önemlidir. İki halk arasındaki dilsel bağları güçlendirir ve ortak kültürel mirası yansıtır. 4. Güncel Gelişmeler Dil, zamanla değişir ve gelişir. Bu nedenle, Türkçe-Azerbaycanca sözlüklerin güncellenmesi, yeni terimlerin eklenmesi ve eski terimlerin güncellenmesi önemlidir. Güncel sözlükler, dilin canlılığını ve dinamik yapısını yansıtır. Ayrıca, sosyal medya, teknoloji ve bilim gibi alanlarda kullanılan yeni kelimelerin sözlüklere dahil edilmesi, dilin evrimine katkı sağlar. 5. Sonuç Türkçe-Azerbaycanca sözlükler, dil öğreniminden çeviri çalışmalarına, kültürel etkileşimden güncel gelişmelere kadar birçok alanda önemli bir rol oynamaktadır. Bu sözlükler, iki dil arasındaki bağları güçlendirirken, kullanıcılarına zengin bir dil deneyimi sunar. Türkçe ve Azerbaycan Türkçesi arasında köprü kuran bu kaynaklar, dilin ve kültürün gelişimine katkıda bulunur.

AYAQ Azerbaycan dilinde - Azerbaycanca nedir

AYAQ sözünün mənası nədir? AYAQ sözünün izahı nədir - AYAQ nedir Azerbaycan dilində Azerbaycanca

AYAQ

is.
1. İnsan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü. Balaca ayaq. Qarın üstündə heyvan ayağının izi var. Ayaq barmaqları.

– Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. N.Nərimanov.
Fərraşlar Məşədi Həsəni yıxıb ayağına on çubuq vurdular. Çəmənzəminli.

// Qıç mənasında.

Ayaq getdi, əl gətirdi, diş yedi; Baxmaqdan savayı gözə nə qaldı?! Aşıq Alı.

2. dan. Yarım arşına yaxın məsafə ölçüsü. Üç ayaq aralığı var. Stolların arası beş ayaqdır.
3. Sürət, addım mənasında.

Yolda Məmməd bəy Səfərə dedi: – Səfər, qoşun ayağı ilə getsək, gec olacaq, Mustafa xan kəndləri çalıb-çapıb qaçacaq, gəl çaparaq gedək. Çəmənzəminli.

4. Bir sıra şeylərin ayağa oxşayan, yerə dirənən hissəsi, dayağı, qıçı, dirəyi. Masanın ayağı. Taxtın ayaqları. Çarpayının bir ayağı sınmışdır.
// Dik duran şeylərin yerə dirənən alt hissəsi. Nərdivanın ayağı. Sütunun ayağı.

– Qədim dayı axşama kimi pilləkənin ayağında oturdu. S.Rəhimov.

5. Çay, bulaq və s. axar suların aşağı hissəsi. Çay ayağı. Arxın ayağı gölə tökülür.
6. Son, axır. Onun sözünün nə başı var, nə ayağı.

– Pambıq, ərzaq və xuşgəbar karvanının başı, ayağı məlum olmayırdı. Ə.Haqverdiyev.

// Bir yerin qurtaracağı, son nöqtəsi.

Kəndin ayağından bir bulaq axır; Toz qalxızmış suya gələn mal-naxır. A.Səhhət.
Sağ tərəfimizdə Azadlıq kəndinin meşəsinin ayağı gərək olsun. T.Ş.Simurq.

7. dan. Dəfə, kərə. Bir ayaq. Maşın hər ayaqda üç ton yük aparır. Avtobus səhərdən beş ayaq gəlib-getmişdir.

– …Beş ayaq qayıtdıqları halda, yeddi dəfə xörəyi doldurub boşaldırdılar. Ə.Vəliyev.

□ Bu ayaq – indi, bu dəfə.

[Koroğlu:] Aşıq Cünun, indi de görüm, haraları gəzdin? Nə gördün? Nə eşitdin? Bu ayaq haradan gəlirsən? Koroğlu”.

8. məc. dan. Dəyərsiz, alçaq, qiymətsiz, keyfiyyətsiz, keyfiyyətcə yaramaz. Ayaq mal.
9. Tüfəng, tapança kimi silahların çaxmağı, tətiyi. Tüfəngi ayağa çəkmək. Tapançanın ayağı boşdur. Qoşalülənin ayağı işləmir.
□ Ayaqda qoymaq – tüfəng, ya tapançanın çaxmağını geri çəkərək atmaq üçün hazır saxlamaq.
10. Adətən çıxışlıq halında: ayaqdan, ayağından dan. – hesabdan, …hesabından.

Qoyunu qoyun ayağından, keçini keçi ayağından. (Məsəl).
[Məşədi:] Çitin arşınını bir şahıdan, … ay-ulduzu iki abbasıdan, məxməri on şahıdan və qalan malı da bu ayaqdan qiymət edirlər. Ə.Haqverdiyev.

11. Adətən yerlik halında: ayağında dan. – vaxtında, məqamında, çağında, zamanı olduğu halda, baş verdikdə. Dava ayağında yardıma gəlmək.
◊ Ayağa atılmaq – birdən qalxmaq.

Özünü yuxuya verən Sərvinaz xanım ayağa atılıb, qapını möhkəm bağladı. S.Rəhimov.

Ayağa bağlanmaq – əngəl olmaq, əl-qol açmağa mane olmaq.
Ayağa çıxmaq – qurtarmaq, bitirmək, tamam etmək.
Ayağa dolaşmaq – mane olmaq, əngəl olmaq.
Ayağa döşənmək – çox yalvarmaq.
Ayağa durmaq – bax ayağına qalxmaq (durmaq).
Ayağa düşmək1) bax ayağa döşənmək.

Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani;

2) ucuzlaşmaq. Malın qiyməti lap ayağa düşdü;
3) hörmətdən düşmək.
Ayağa qaldırmaq məc.1) hərəkətə gətirmək, həyəcana gətirmək.

Xalqı da ayağa qaldıran və [inqilab] ətrafına toplayan bugünkü qurbanlar olacaqdır. M.S.Ordubadi.
Sarıl günəş rəngli bir al bayrağa; Səsinlə elləri qaldır ayağa. S.Vurğun;

2) sağaltmaq. İstisu vannaları bir həftədən sonra xəstəni ayağa qaldırdı;
3) bəsləyibböyütmək, tərbiyələndirmək, yetişdirmək, araya çıxartmaq, müstəqil hala gətirmək.
Ayağa qalxmaq1) hərəkətə gəlmək, qiyam etmək, üsyan etmək. Asiya və Afrika xalqları ayağa qalxaraq öz istiqlaliyyətləri uğrunda mübarizə aparırdılar.

– Vyetnam, Malay da qalxmış ayağa; Gülür azadlığın bayrağı Çində! Z.Xəlil;

2) xəstəlikdən sağalmaq, durmaq, yaxşı olmaq;
3) işləri qaydaya düşmək, düzəlmək, artıq müstəqil olmaq. İndi uşaqlar böyüyüb, hamısı ayağa qalxıbdır.
Ayağa salmaq – qiymətdən salmaq, hörmətdən salmaq, etibardan salmaq, gözdən salmaq.

Ayağa salıbdır Vaqifi qəmlər; Baş çəkəydi binəvayə, gələydi. M.P.Vaqif.
Yüz feyzin olsa xəlqə əgər afitabtək; Dövran salar ayağa səni mahtabtək. S.Ə.Şirvani.
[Məsum kişi:] Harda yazılıb ki, oğul atanı … ayağa salsın. Mir Cəlal.

Ayağa vermək – tərəfini vermək, alçaltmaq, hörmətdən salmaq.
Ayağı açılmaq1) bir yerə gedib-gəlməyə başlamaq;
2) ishala düşmək, qarnı işləmək.
Ayağı ağır – bax ağırayaq.
Ayağı bağlı olmaq – qəbiz olmaq, qarnı işləməmək.
Ayağı dolaşmaq – büdrəmək, gəzərkən çaşmaq.
Ayağı düşmək1) guya birinin gəlməsi xoşbəxtliyə, müvəffəqiyyətə, işin baş tutmasına səbəb olmaq; ayağı xeyirli olmaq, xoşqədəm olmaq. Xala, məni təbrik et.

Qızın ayağı mənə düşdü. A.Şaiq;

2) təsadüfən, yaxud keçərkən bir yerə gəlmək.

Mənim qapıma ayağın düşər, səni it ilə çıxardaram. Ə.Haqverdiyev.

Ayağı işləmək – bax ayağı açılmaq 2-ci mənada.
Ayağı kəsilmək1) bir yerə gəlib-getməmək, əlaqəsini kəsmək. Dövlət getdi, hörmət qalxdı aradan; Qapımızdan dost ayağı kəsildi. Aşıq Ələsgər;
2) ardı kəsilmək, daha gəlməmək.
Ayağı sürüşmək məc. – səhv etmək, düz yoldan çıxmaq, yanılmaq.
Ayağı uğurlu – bax ayağı yüngül.
Ayağı yanmaq məc. – vurulmaq, bənd olmaq.

[Şəhrəbanı xanım:] Şahbaz bəy Qarabağda oturduğu yerdə, Parij qızlarına ayağı yanıb, Müsyö Jordana qoşulub getdi. M.F.Axundzadə.

Ayağı yer almaq – yeri möhkəmlənmək, dili uzun olmaq, özünə güvənmək.

[Çiçək xanım:] Mən səndən yavaş danışıram, yoxsa ayağın yer alır? N.Vəzirov.

Ayağı yer tutan – gəzə bilən, yeriməyə iqtidarı olan.

Nəhayət, qocaların məsləhəti ilə Xınalıqda qalmış bütün kolxozçular, ayağı yer tutan qocalar, arvadlar, uşaqlar mücü yığmaq üçün dağdərəyə dağılmışdılar. R.Rza.

Ayağı yüngül – ayağı xeyirli, uğurlu, xoşqədəm.
Ayağına aparmaq – hesab etmək, bir sırada tutmaq.

[Əziz bəy:] Buyur, Səkinə xanımın özü ilə də küftgu edə bilərsən! Onu özgə qızlar ayağına aparma! M.F.Axundzadə.

Ayağına çağırmaq – yanına gəlməsini əmr etmək.
Ayağına düşmək (döşənmək) – birinin qabağında diz çökərək yalvarmaq.

Əgər ayağına düşmək macalım olsaydı; Dəxi götürməz idim baş anın ayağından. Nəsimi.
Seyyid, görəndə yarı düşürsən ayağına. S.Ə.Şirvani.
Dolanıb başına sərvi-rəvanın; Döşən ayağına qaşı kəmanın. Q.Zakir.

Ayağına getmək – minnət götürmək, xahiş etmək.
Ayağına gəlmək1) təslim olmaq, razılığını bildirmək üçün birisinin hüzuruna gəlmək;
2) hörmət və ehtiram üçün birinin qulluğuna getmək.
Ayağına qalxmaq (durmaq) – biri daxil olarkən hörmət üçün ayağa qalxmaq.

Bütün ailə onun ayağına qalxdı, yuxarı başa keçirdilər. Mir Cəlal.

Ayağına yazmaq1) birinin hesabına yazmaq;
2) birisinə isnad etmək.
Ayağına yıxılmaq – bax ayağına düşmək (döşənmək). [Ələsgər ağanı] görcək, [Usta Ağabalanın] cəmi dərd yadından çıxdı.

Onun ayağına yıxılıb sevindiyindən ağladı. Çəmənzəminli.

Ayağında qalmaq – borcu qalmaq.
Ayağından çəkmək – birini yıxmağa çalışmaq, ayağının altını qazımaq; birinin qeybətini etmək, ziddinə getmək.

Mən rədd etdim, o pərt oldu, tez ayağımdan çəkdi. S.Rüstəm.
[Həpir:] Taleyim belədir, xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür, … mənim … doğma atam ayağımdan çəkir. Mir Cəlal.

Ayağını açmaq – işlətmək, ishala salmaq. Çiy süd uşağın ayağını açdı.
Ayağını basmamaq – bax ayaq basmamaq.

Sevil gedəndən bəri [Gülüş] ayağını bu evə basmayıb. C.Cabbarlı.

Ayağını başından aşırmaq – öldürmək.

O, ilk atəşi ilə düşmən zabitinin ayağını başından aşırdı. Mir Cəlal.

Ayağını çəkmək1) axsamaq;
2) tərk etmək, əlaqəni, gediş-gəlişi kəsmək, bir yerə daha gedib-gəlməmək.
Ayağını kəsmək1) bir yerə daha gedib-gəlməmək, əlaqəni kəsmək.

Seyyid, qayıt bu mərhələdən, kəs ayağını; Axır bu rahi-meykədənin bir məlalı yox. S.Ə.Şirvani.

Pərzad bir müddət ayağını qızının evindən kəsdi. Mir Cəlal;
2) gedib-gəlməsinə icazə verməmək, əlaqəni kəsməyə məcbur etmək, səbəb olmaq.

Doktor bir saniyə düşündükdən sonra: – Mən onun ayağını buradan kəsərəm, – dedi. A.Şaiq;

3) aradan qaldırmaq.

[Xanqulu:] …İndi şikayət yoxdur, koxa! Nədən ki, bu oğurluğun ayağını kəsibdir. S.Rəhimov.

Ayağını qarmaq məc. – qorxutmaq, hədələmək, döymək.
Ayağının altına dəmir (ərsin) at(ın)! – gəlməsi arzu edilən və çoxdan görünməyən bir adam bir yerə birinci dəfə, ya da çox uzun müddət keçdikdən sonra gəldikdə, yaxud bir adam gəlmədiyi bir yerə birinci dəfə gəldikdə deyilir.

[Hacı Ağadadaş:] Əleykəssalam, həmişə sən gələsən, a balam, bunun ayağının altına bir dəmir atın! H.Sarabski.

Ayağının altını qazımaq – birinə zərər vermək, pislik eləmək üçün onun əleyhinə xəlvəti iş görmək.

[Babacan:] Bu gün çörəyimi yeyən adam sabah ayağımın altını qazır. Ə.Əbülhəsən.

Ayağının altını öpmək – birinin qabağında alçalaraq yalvarmaq, özünü son dərəcə alçaltmaq.
Ayaq açmaq – bir yerə tez-tez gəlmək.
Ayaq almaq – tələsmək, tez-tez getmək, cəld yerimək, iti getmək, qaçmaq.
Ayaq altına almaq – məğlub eləmək, tamamilə özünə tabe etmək.
Ayaq altına düşmək – tapdalanmaq.

Turac təki ayaq altına düşdüm; Hər yetən tapdalar, şəhrə yol oldum. Aşıq Cuma.

Ayaq altına salmaq – hörmətdən, nüfuzdan, qiymətdən salmaq.
Ayaq altında qalmaq – tapdalanmaq, təzyiq altında olmaq.
Ayaq basmaq – bir yerə girmək, daxil olmaq, gəlmək.

Pişxidmətlər əllərində məcməyi ilə ki içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar. M.F.Axundzadə.
[Ülfət:] Görürsən, yad qızı hələ evə ayaq basmamış, gədənin saqqızını oğurlayıb. Mir Cəlal.

Ayaq basmamaq – bir yerə daha gedibgəlməmək, əlaqəsini kəsmək, girməmək.

[Hacı Kərim:] Sizə demişəm, mənim otağıma ayaq basmayın. A.Şaiq.

Ayaq çalmaq – bax ayaq döymək.
Ayaq çəkmək – bax ayaq kəsmək.

Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından; Nə gördün dərdü möhnətdən savayı bir səmər ondan. Q.Zakir.
Qüdrət heç vaxt evimizdən ayaq çəkmirdi. M.S.Ordubadi.

Ayaq dirəmək – inad etmək, israr etmək, tərslik etmək, dediyindən əl çəkməmək.
Ayaq döymək – bir şeyi əldə etmək üçün çox çalışmaq, gedib-gəlmək, əlləşmək, işləmək.

Ramazan özü də belə bir ustanın yanında on beş il ayaq döymüş, yalnız inqilabdan iki ay sonra buruq ustası ola bilmişdi. M.Hüseyn.

Ayaq götürmək – tez yerimək, iri addımlarla yerimək.

Xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Məmmədquluzadə.

Ayaq izi – ləpir.
Ayaq kəsilmək – gediş-gəliş dayanmaq, sakitlik düşmək.

[Qüdrət] evinə çatanda hələ küçələrdən ayaq kəsilməmişdi. M.Hüseyn.

Ayaq kəsmək – bax ayağını kəsmək 1-ci mənada.

Söhbəti-əhli-riyadan qət edib kəsdim ayaq. S.Ə.Şirvani.

Ayaq qoymaq – bax ayaq basmaq.

Axır sən də bir hərəkət eylə, bir proqresə ayaq qoy. M.F.Axundzadə.
Elə ki, ikinci aya ayaq qoydu, dinməz-söyləməz övrəti çağır yanına, dur bir dəfə də olsun alnından öp. C.Məmmədquluzadə.

Ayaq olmaq – şərik olmaq, ortaq olmaq, bir işə qoşulmaq, bir işdə iştirak etmək. Sən də oyunda bizimlə ayaq ol.
Ayaq saxlamaq – dayanmaq, durmaq.

Kəndlilər ayaq saxladılar. Ə.Haqverdiyev.
Yolçu çarəsiz qalıb ayaq saxladı. Ə.Məmmədxanlı.

Ayaq sürmək – birinin üstünə hücum çəkib getmək. Üstümə ayaq sürüb gəldi.
Ayaq sürümək – könülsüz yerimək, yubanmaq, geri qalmaq, gedərkən qəsdən dala qalmaq.
Ayaq tutmaq1) təzətəzə yeriməyə başlamaq.

[Tapdıq] təzə-təzə ayaq tutub yeriyəndə qalxıb … özünü birdənbirə cəhrənin arxasında oturan anasının qucağına atardı. Ə.Əbülhəsən;

2) ayaqlaşmaq, bərabər olmaq. O, bu işdə mənimlə ayaq tuta bilməz;
3) vagirlik etmək (bax vagirlik).

Bəzən bir böyük qazmada … Səlim meyxana deyər, o biriləri ayaq tutardılar. Ə.Əbülhəsən.

Ayaq üstə dura bilməmək1) çox zəif, taqətsiz, əldən düşmüş adam, ya heyvan haqqında;
2) çox sərxoş adam haqqında. O qədər içib ki, ayaq üstə dura bilmir.
Ayaq üstə qalmaq – oturmağa yer tapmamaq.
Ayaq vurmaq1) həddindən artıq yerimək, gəzmək, bir şeyi əldə etmək üçün çox gəzmək;
2) nişanı düz vurmamaq, hədəfin alt yanına vurmaq. Tüfəng ayaq vurur.
Ayaqda qalmaq1) bax ayaq üstə qalmaq;
2) axıra qalmaq, geridə qalmaq.
Ayaqda sürünmək – hamıdan geriyə qalmaq.
Ayaqdan (ayağı) diri – bir işi tez gedib yerinə yetirən, iti gedən, cəld yeriyən adam haqqında.
Ayaqdan düşmək (olmaq) – yeriməkdən yorulmaq, taqətdən düşmək, üzülmək.

Düşər ayaqdan ol sərv qamətin, billah; Qiyaməti gətirər başıma əyan, getmə! X.Natəvan.
Yardən xali görüb bəzmi ayaqdan düşdüm; Saqiya, tut əlimi bir dolu peymanə ilə. S.Ə.Şirvani.

Ayaqdan salmaq1) çox gəzdirib yormaq, əldən salmaq. Uşağı lap ayaqdan saldın;
2) üzmək, iztirab vermək, cəfa və əziyyət vermək.

Saldı məni ayaqdan qəm, ver piyalə, saqi; Yoxdur bir ondan özgə üftadələr dayaqi. Q.Zakir.

Ayrılıq dərdi məni ayaqdan saldı, yarım. Heyran xanım.

Saldı ayaqdan aşiqi, ey yar, firqətin; Gəl bir əyadətə əgər olsa fəraqətin. M.Ə.Möcüz;

3) bir yeri çox gəzmək. Şəhəri ayaqdan salmaq.
Ayaqdan-dırnaqdan düşmək – bax ayaqdan düşmək (olmaq).
Ayaqları ardınca sürünmək – son dərəcə yorularaq zorla yerimək, yeriyə bilməmək. Bu gün o qədər gəzmişəm ki, ayaqlarım ardımca sürünür.
Ayaqlarını uzatmaq məc. – ölmək.
Bərk ayağa çəkmək – sıxışdırmaq, ciddi imtahana çəkmək.
Bərk ayaqda – iş çətinə düşdükdə, vəziyyət çox çətin və ağır olduqda, təhlükə zamanı. Bərk ayaqda yoldaşı tərk etmək olmaz.

– Hər iki xalqdan olan zəhmətkeş camaat dostluğu pozmur, kəsdikləri duz-çörəyi tapdalamır, bərk ayaqda da həmişə birlik yaradırdılar. Çəmənzəminli.

Bir ayağı getmək, bir ayağı getməmək – tərəddüd etmək, nə edəcəyini bilməmək.

[Uşaq] atasından cavab almadığından, bir ayağı gedər, bir ayağı getməzdi. H.Sarabski.

Bir ayağı qəbirdə – bax qəbir.

Arvadı Nabat xalanı, qoca, bir ayağı burda, bir ayağı qəbirdə olduğu üçün, Əhməd onu varislər arasına daxil etməyirdi. B.Talıblı.

Əl-ayağa düşmək – bax əl.
Əl-ayağı soyumaq – bax əl.
Əl-ayaq çəkilmək – bax əl.
Əlini-ayağını çəkmək – bax əl.
İki ayağını bir başmağa dirəmək (soxmaq) – tərslik etmək, inadla tələb etmək, israr etmək, inadla istəmək, bərkə salmaq, darıxdırmaq.
(Öz) ayağı ilə gəlmək – təsadüfən gəlmək, dəvətsiz, çağırılmadan, öz xoşu ilə gəlmək.
Öz ayağı ilə tələyə düşmək – öz təqsiri üzündən özünü kələyə salmaq, öz işini çətinliyə salmaq, özünü çıxılmaz, çətin vəziyyətə salmaq.
Üstünə ayaq almaq – bax ayaqlanmaq 3-cü mənada.

Biri gedib Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır, biri də qaçaqlıq eşqinə düşüb üstümüzə ayaq alıb… Çəmənzəminli.
Bədirnisə Badam xalaya yavaşca deyirdi: – Dərnəyə yazıl getsin, bütün arvadlar gəlir… Yazılmasan tay-tuş üstünə ayaq alar. Mir Cəlal.
Dərə-təpə, it-qurd üstümüzə ayaq alacaq. S.Rəhimov.

 

 

AYAQ nədir? – AYAQ nedir? – AYAQ sözünün mənası – AYAQ sozunun menasi – AYAQ nə deməkdir? – AYAQ ne demekdir? – AYAQ sözünün izahı – AYAQ sozunun izahi – AYAQ sözünün istifadəsi – AYAQ sozunun istifadesi

Oxşar Sözlər:
Bakır Fiyatları - Dolar Piyasası: Bakır fiyatları, doların değerine bağlı olarak dalgalanmaktadır. Bakır Fiyatları - Küresel Talep: Küresel talepteki artış, bakır fiyatlarını yükseltmektedir. Bakır Fiyatları - Elektrikli Araçlar: Elektrikli araçların artan kullanımı, bakır talebini artırmaktadır. Bakır Fiyatları - İnşaat Sektörü: İnşaat sektöründeki büyüme, bakıra olan talebi artırmaktadır. Bakır Fiyatları - Madencilik Maliyetleri: Madencilik maliyetlerindeki artış, bakır fiyatlarını etkilemektedir. Bakır Fiyatları - Yatırımcı Beklentileri: Yatırımcıların bakır fiyatlarına dair beklentileri, piyasalarda dalgalanmalara neden olmaktadır. Bakır Fiyatları - Hammadde Pazarları: Hammadde pazarlarındaki hareketlilik, bakır fiyatlarının yönünü etkileyebilmektedir. Bakır Fiyatları - İklim Değişikliği: İklim değişikliği politikaları, bakır talebini şekillendiren önemli bir faktördür. Bakır Fiyatları - Döviz Kurları: Diğer döviz kurlarındaki değişimler, bakır fiyatlarını dolaylı olarak etkileyebilir. Bakır Fiyatları - Küresel Ekonomi: Küresel ekonomik büyüme, bakır fiyatlarının artmasına katkı sağlamaktadır. Altın, yüzyıllardır değerli bir mücevher ve yatırım aracı olarak kabul edilmektedir. Altın piyasası, dünya genelinde finansal istikrarın ve ekonomik belirsizliklerin bir göstergesi olarak önemli bir rol oynamaktadır. Bu yazıda, altın piyasasının dinamikleri, fiyat belirleyicileri ve yatırımcılar için sunduğu fırsatlar ele alınacaktır. 1. Altın Piyasasının Temel Dinamikleri Altın piyasası, alım satım işlemlerinin yapıldığı ve fiyatların belirlendiği bir platformdur. Bu piyasa, fiziksel altın, altın madeni hisse senetleri ve altın türevleri gibi çeşitli finansal araçlar aracılığıyla işlem görmektedir. Altın fiyatları, arz ve talep dengesi, jeopolitik olaylar ve makroekonomik veriler gibi birçok faktörden etkilenmektedir. 2. Fiyat Belirleyicileri Arz ve Talep: Altın fiyatları, madencilik faaliyetlerinin yanı sıra, sanayi ve mücevherat talebiyle doğrudan ilişkilidir. Artan talep, fiyatları yukarı yönlü etkilerken, aşırı arz fiyatları düşürebilir. Döviz Kurları: Altın genellikle dolar cinsinden işlem gördüğü için, doların değeriyle ters orantılıdır. Doların değer kaybetmesi, altın fiyatlarının yükselmesine neden olabilir. Jeopolitik Gelişmeler: Savaşlar, siyasi belirsizlikler ve ekonomik krizler, yatırımcıların güvenli liman arayışını artırarak altın fiyatlarını yükseltebilir. Faiz Oranları: Düşük faiz oranları, yatırımcıların altına yönelmesine yol açabilir, çünkü diğer yatırım araçlarının getirileri düşerken, altın daha cazip hale gelir. 3. Yatırım Fırsatları Altın, portföy çeşitlendirmesi ve değer koruma amacıyla sıkça tercih edilen bir yatırım aracıdır. Yatırımcılar, fiziksel altın almanın yanı sıra, altın madeni hisseleri, altın fonları veya borsa yatırım fonları (ETF'ler) gibi alternatif yollarla da altın yatırım yapabilirler. 4. Riskler Her yatırımda olduğu gibi, altın piyasasında da riskler bulunmaktadır. Fiyat dalgalanmaları, yatırımcıların zarar etmesine neden olabilir. Ayrıca, altın saklama ve güvenlik maliyetleri gibi ek masraflar da göz önünde bulundurulmalıdır. 5. Sonuç Altın piyasası, küresel ekonomi üzerindeki etkisi ve yatırımcılara sunduğu fırsatlar açısından önemli bir sektördür. Ekonomik belirsizlik dönemlerinde güvenli bir liman olarak değerlendirilen altın, gelecekte de yatırımcıların ilgi odağı olmaya devam edecektir. Yatırım yapmadan önce, piyasa koşullarını dikkatlice analiz etmek ve kendi risk toleransınızı belirlemek önemlidir.
Mənbə:
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.




atalar sözləri
adların mənası
Buy Me A Coffee
Təəssüf ki, saytımız xərclərini qarşılamadığı üçün bu düyməni yerləşdirməli olduq. Əsas məqsədimiz, Azərbaycan dilinin yayılmasını və inkişafını dəstəkləməkdir. Uşaqlarımızın öz dillərində axtarış apararkən Azərbaycan dilində mövcud olan saytlardan məlumat ala bilmələrini təmin etməkdir.