AŞAĞI
1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür.
// Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi.
// is. Altlıq. Heykəlin aşağısı.
2. zərf Yerə doğru, aşağıya doğru. Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır.
3. is. Evin, binanın alt mərtəbəsi. Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır.
4. sif. Orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. Aşağı səviyyəli ixtisas. Aşağı hərarət.
5. sif. Ucuz. Aşağı qiymətlər.
□ Aşağı salmaq – ucuzlaşdırmaq. Qiymətləri aşağı salmaq.
6. sif. Alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. Aşağı keyfiyyətli mal.
7. sif. məc. Yoxsul, kasıb. Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər.
// Yalnız cəm şəklində: aşağılar məc. köhn. – aşağı siniflər, aşağı təbəqələr; kütlə. Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər.
8. məc. sif. Vəzifəcə kiçik olan.
9. Axır, son, qurtaracaq. Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram.
// Çayın axıb getdiyi tərəf. Çay aşağı getmək.
◊ Aşağı baş – evin, məclisin, otağın qapıya yaxın olan tərəfi. Aşağı başda oturtmaq. – Toyxananın qapısında məşəl yandırırdılar.
Aşağılı-yuxarılı – orta hesabla, orta qiymətlə.
Aşağı salmaq – 1) devirmək, düşürmək.
2) məc. hörmətdən salmaq, nüfuzdan salmaq.
AŞAĞI nədir? – AŞAĞI nedir? – AŞAĞI sözünün mənası – AŞAĞI sozunun menasi – AŞAĞI nə deməkdir? – AŞAĞI ne demekdir? – AŞAĞI sözünün izahı – AŞAĞI sozunun izahi – AŞAĞI sözünün istifadəsi – AŞAĞI sozunun istifadesi