ARTIQ
1. Çox, çoxlu, xeyli, olduqca, çoxlu miqdarda.
// Daha çox, ziyadə.
2. Üstün, irəli, yaxın, qiymətli, yüksək. Sən mənə hamıdan artıqsan. O kimdən artıqdır?
□ Artıq tutmaq – üstün tutmaq, irəli tutmaq, daha yaxşı hesab etmək.
3. Lazım olduğundan çox, gərəksiz, lüzumsuz. Artıq yük. Artıq aş ya qarın ağrıdar, ya baş. ( Ata. sözü ).
□ Artıq bilmək – lüzumsuz hesab etmək, lazım bilməmək.
Artıq danışmaq – lüzumsuz sözlər danışmaq.
// Üstəlik.
4. İs. mənasında. Bütün ehtiyac təmin olunduqdan sonra artıq qalan şey, qalıq. Artıqları toplayıb bir yerə qoymalı. Süfrənin artığı.
5. əd. Bir işin başlamış olduğunu, yaxud olub bitdiyini bildirir. Bulud artıq başımızın üstünü almışdı.
6. əd. Daha, bundan əlavə. Artıq mənim səndən heç bir tələbim yoxdur.
// Bundan belə.
ARTIQ nədir? – ARTIQ nedir? – ARTIQ sözünün mənası – ARTIQ sozunun menasi – ARTIQ nə deməkdir? – ARTIQ ne demekdir? – ARTIQ sözünün izahı – ARTIQ sozunun izahi – ARTIQ sözünün istifadəsi – ARTIQ sozunun istifadesi