ALLAH
1. Bütün kainatın yeganə yaradıcısı və idarə edəni; Yaradan, Tanrı, Rəbb.
2. Qədim (çoxallahlı) dinlərdə təbiət fövqündə təsəvvür edilən vücud. Qədim yunan allahları.
3. məc. Hakim, ağa; heç kəsə tabe olmayan, azğınlıq edən, başlı-başınalıq edən adam haqqında.
◊ Allah ağıl versin – ağılsız iş görən, hərəkət edən, yaxud söz danışan adam haqqında.
Allah amandır – yalvarış, xahiş bildirir.
Allah bağışlasın – üzr istəyən, yaxud günah bir iş görmüş adam üçün xeyir-dua.
Allah bəla(sını) versin – danlaq, narazılıq ifadə edir.
Allah bəndəsi – 1) bir adam, bir şəxs, bir nəfər.
2) fağır, sakit, yazıq. Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi.
Allah bilir – məlum deyil, heç kəs bilmir.
Allah canını alsın! (cəzasını versin!) – məzəmmət, qarğış bildirir.
Allah eləməsin – arzu edilməyən bir şey haqqında deyilir. [Sənəm:] Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim.
Allah eləsin (ki) – arzu edilən bir şey haqqında deyilir. [Əşrəf bəy:] Allah eləsin, Allah eləsin, ay kişi.
Allah eşqinə – yalvarış, xahiş, iltimas bildirir.
Allah evi din. – məscid.
Allah xatirinə (eşqinə) – təkidli xahiş bildirir.
Allah kömək eləsin! Allah köməyin(iz) olsun! – işləyən, yaxud ağır vəziyyətdə olan bir adama müvəffəqiyyət arzusu.
Allah qoysa – xoş arzu ifadə edir.
Allah mübarək eləsin! – toy, bayram və s. münasibəti ilə təbrik.
Allah rəhmətinə getmək – ölmək.
Allah saxlasın – 1) birinə cansağlığı və uzun ömür arzusu.
2) köhn. qeyri müsəlmanlarla salamlaşma ifadəsi.
Allah tərəfi – ədalətli, insaflı, vicdanlı, düz.
Allah vursun – narazılıq, şikayət, ikrah bildirir.
Allaha bax! – xahiş, yalvarış. Dilbərim, bari sən əğyar sözünə guş eyləmə; Bu qədər zülm eyləmə, xof eylə, bir Allaha bax! Heyran xanım.
Allaha şükür – yaxşı oldu ki, xoşbəxtlikdən.
Allahı sevərsən… – xahiş, rica bildirir.
Allahın tənbəli – çox tənbəl adam haqqında.
Allahın verən günü – hər gün.
Allahü-əkbər! – əslən dini təbir olub, canlı dildə narazılıq, hiddət, acıq bildirən nida kimi işlənir.
Allahü-əkbərin eşidilməyən yeri – çox uzaq, çox ucqar, çox tənha, əlçatmayan yer.
Sən (siz) allah – yalvarış, xahiş, rica bildirir.
ALLAH nədir? – ALLAH nedir? – ALLAH sözünün mənası – ALLAH sozunun menasi – ALLAH nə deməkdir? – ALLAH ne demekdir? – ALLAH sözünün izahı – ALLAH sozunun izahi – ALLAH sözünün istifadəsi – ALLAH sozunun istifadesi