AXIN
1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi.
// Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək.
// Axma. Lənkəran, Naxçıvan və Kür-Araz ovalıqlarından axan çaylar, onların axın şəraiti, dərələrinin xarakteri və s.
2. Məftildə elektrik cərəyanının hərəkəti.
3. məc. Arası kəsilmədən hərəkət edən insan və s. kütləsi, izdiham. Canlı insan axını. Axının qabağını dayandırmaq.
□ Axına qoşulmaq – əksəriyyətə tabe olmaq.
4. məc. Gediş, cərəyan.
5. Hücum, basqın, həmlə. Düşmən qoşunlarının axını dayandırıldı.
6. məc. Qərarsızlıq, tez-tez dəyişmə. Zavodda işçi qüvvəsi axını çox böyükdür.
AXIN nədir? – AXIN nedir? – AXIN sözünün mənası – AXIN sozunun menasi – AXIN nə deməkdir? – AXIN ne demekdir? – AXIN sözünün izahı – AXIN sozunun izahi – AXIN sözünün istifadəsi – AXIN sozunun istifadesi