Mənasını axtardığınız sözü daxil edin.

AgIZ sozunun menası ve AgIZ nedir ve AgIZ ne demekdir sualına cavab tapa bilərsiniz.

AĞIZ haqqında məlumat. AĞIZ nə deməkdir? AĞIZ sözünün mənası nədir? AĞIZ nədir? AĞIZ nə deməkdir? AĞIZ sözü nə deməkdir? AĞIZ sözünü necə yazmaq olar? Yan sözünün qısa mənası nədir? AĞIZ sözü nə deməkdir? AĞIZ sözünün mənası nədir? AĞIZ sözünün Azərbaycan dilində istifadəsi: AĞIZ sözünün Azərbaycan dilində istifadəsi, mənası nədir? AĞIZ nə deməkdir?

Türkçe-Azerbaycanca Sözlük Türkçe-Azerbaycanca sözlükler, Türkçe ve Azerbaycan Türkçesi arasında anlam ve terim karşılaştırması yapmak amacıyla hazırlanan kaynaklardır. Bu sözlükler, dil öğreniminde, çeviri çalışmalarında ve iki dil arasındaki kültürel etkileşimi anlamada önemli bir araçtır. 1. Dil Öğrenimi İçin Önemi Türkçe-Azerbaycanca sözlükler, dil öğrenenler için temel bir kaynaktır. Yeni kelimelerin öğrenilmesi, dil bilgisi kurallarının kavranması ve günlük iletişimde kullanılan ifadelerin anlaşılması açısından oldukça faydalıdır. Bu sözlükler, dil öğreniminde pratik yapma imkanı sunarak öğrencilerin kelime dağarcığını geliştirmelerine yardımcı olur. 2. Çeviri Çalışmalarında Kullanımı Çevirmenler, Türkçe ve Azerbaycan Türkçesi arasında doğru anlam aktarımı yapmak için bu sözlükleri sıklıkla kullanır. Her iki dildeki kelimelerin doğru karşılıklarını bulmak, metinlerin çevirisinde anlam kaybını önlemek açısından kritik öneme sahiptir. Sözlükler, aynı zamanda deyim ve ifadelerin çevirisi konusunda da rehberlik eder. 3. Kültürel Etkileşim Türkçe ve Azerbaycan Türkçesi, dil aileleri bakımından birbirine yakın diller olmalarına rağmen, bazı kelimeler ve ifadeler farklılık gösterebilir. Türkçe-Azerbaycanca sözlükler, bu farklılıkları anlamak ve kültürel etkileşimi artırmak için önemlidir. İki halk arasındaki dilsel bağları güçlendirir ve ortak kültürel mirası yansıtır. 4. Güncel Gelişmeler Dil, zamanla değişir ve gelişir. Bu nedenle, Türkçe-Azerbaycanca sözlüklerin güncellenmesi, yeni terimlerin eklenmesi ve eski terimlerin güncellenmesi önemlidir. Güncel sözlükler, dilin canlılığını ve dinamik yapısını yansıtır. Ayrıca, sosyal medya, teknoloji ve bilim gibi alanlarda kullanılan yeni kelimelerin sözlüklere dahil edilmesi, dilin evrimine katkı sağlar. 5. Sonuç Türkçe-Azerbaycanca sözlükler, dil öğreniminden çeviri çalışmalarına, kültürel etkileşimden güncel gelişmelere kadar birçok alanda önemli bir rol oynamaktadır. Bu sözlükler, iki dil arasındaki bağları güçlendirirken, kullanıcılarına zengin bir dil deneyimi sunar. Türkçe ve Azerbaycan Türkçesi arasında köprü kuran bu kaynaklar, dilin ve kültürün gelişimine katkıda bulunur.

AĞIZ Azerbaycan dilinde - Azerbaycanca nedir

AĞIZ sözünün mənası nədir? AĞIZ sözünün izahı nədir - AgIZ nedir Azerbaycan dilində Azerbaycanca

AĞIZ

is.
1. İnsan və heyvanların üzlərinin alt tərəfində, alt və üst çənələri arasında yerləşən, yeyib-içməyə və səs çıxarmağa məxsus üzv. Ağzını yaxalamaq. Ağzı ilə nəfəs almaq. Ağzı acı dadmaq. Dişsiz ağız. Ağız boşluğu.
□ Ağız suyu – insan və heyvanın ağız boşluğunda xüsusi vəzilərin ifraz etdiyi maye.
2. Qabların və s. şeylərin açıq tərəfi. Qazanın ağzı.

[Piri kişi:] Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz. S.S.Axundov.
Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. Mir Cəlal.

// Quyunun, vulkanın və s.-nin açıq tərəfi.

Bütün fəhlələr köməkləşib, qapağı quyunun ağzına basa bildilər. M.Hüseyn.

3. Odlu silahların lüləsinin ön tərəfindəki deşik, güllə çıxan tərəfi. Tüfəngin ağzı. Topların ağzı düşmən istehkamına çevrildi.
4. Kəsici alətlərin iti tərəfi; bəzi alət və ləvazimatın iş görən tərəfi. Bıçağın ağzı. Baltanın ağzı.

[Süleyman bəy:] Niyə vermirəm? Buyur, ancaq gözlə [xəncərin] ağzı daşa dəyməsin. Ə.Haqverdiyev.

□ Ağzını qaytarmaq – kəsərin ağzını bərk bir şeyə vuraraq kütləşdirmək.
5. Bir yerin giriləcək və ya keçiləcək tərəfi: girəcək, qapı.

…İtlər hürə-hürə mağaranın ağzını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. S.S.Axundov.
Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq.
Bu anda kabinetin qapısı ağzında Tahirlə Cəmil göründü. M.Hüseyn.

// Bir yerin və ya şeyin bilavasitə qabağı, önü, yaxınlığı.

Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi. A.Şaiq.
Qapı ağzında cavan və əyri bitmiş bir söyüd ağacı var idi. Mir Cəlal.

6. Bir şeyin bilavasitə kənarı, yanı, qırağı. Yolun ağzı.
7. Çayın dənizə tökülən yeri.
8. Qabaq, yaxınlıq, ərəfə mənasında (çox vaxt ismə qoşularaq, yiyəlik birləşməsi şəklində işlənir).

[Hacı Qara:] Bəs sövdə eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi? M.F.Axundzadə.
[Qurban:] Bayram ağzı yenə göndərəcəyəm, özüm də yazın axır ayında gələcəyəm. A.Şaiq.
Yazağzı əkilən göyərtilər də baxımsızlıqdan qurumuşdu. S.Rəhimov.

9. Saylarla – dəfə, yol.

Papirosunu yandırıb bir ağız sorandan sonra başını yuxarı qaldırdı. Mir Cəlal.

// Yenə saylarla oxumaq haqqında. Mənzərə çox xoşuma gəldi.

Bir gün iki ağız şikəstə oxudum. H.Sarabski.

◊ Ağız açmaq1) müraciət etmək, xahiş etmək (bir iş üçün); yalvarmaq.

[Məşədi Məmməd] yaxşı bilirdi ki, Səməd əbəs yerə bir adama ağız açmaz. B.Talıblı.
[Mina xala] düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı… İ.Şıxlı;

2) ölüyə ağlamaq, ölünü oxşayıb ağlamaq, ağı demək.
Ağız bir eləmək – sözü bir etmək, sözləşmək.
Ağız burmaq1) narazılıq izhar etmək, küsmək;
2) imtina etmək.
Ağız büzmək – bax ağzını büz(üşdür)mək.

[İmran] bir-iki dəfə arxasınca ağız büzüb gileylənənlər olduğunu da görmüşdü. İ.Şıxlı.

Ağız deyəni qulaq eşitməmək – çox səs-küy, qarışıqlıq haqqında. Hərənin boş başından boş və axmaq bir mühakimə çıxardı.

Ağız deyəni qulaq eşitməzdi. H.Sarabski.

Ağız sözü – etibarsız, inanılmayan, ağızdan eşidilən xəbər, söz.

Bəzi əskidən əski olan əqrəbasından; İstəməyir eşitsin hər ağız sözü, məncə. M.Müşfiq.

Ağız-ağıza vermək1) bir yerdə oxumaq, bağırışmaq. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdu.

Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Ə.Haqverdiyev.
Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hambalların birçəkləmə davası, baqqalların ağız-ağıza verib qatığa müştəri axtarmaqları – heç biri onun [Səmədin] zahir və batinində səbəbi-təğyir ola bilmirdi. Çəmənzəminli.

Qurbağalar ağızağıza verib vaqqıldaşırdı. Mir Cəlal;
2) baş qoşmaq, mübahisə etmək (bu mənada bəzən “ağız-ağıza verib danışmaq” şəklində işlənir).

[Mirzə Turab:] …Mən belə mollalarla ağız-ağıza verib danışmaq istəməyirəm. B.Talıblı.
Məcid Tarverdi ilə ağız-ağıza vermək istəməyib məsələni udub ötüşdürdü. S.Rəhimov.

Ağızdan bilmək – əzbər bilmək.
Ağızdan boş1) sözünün kəsəri, qüvvəti olmayan, sözü keçməyən, zabitəsiz;
2) söz saxlamayan, sirr saxlaya bilməyən.
Ağızdan çıxmaq – deyilmək, söylənilmək.

Ağızdan çıxmamış cavabı məlum; Ölçülübiçili sualınız yox… M.Araz.

Ağızdan diri (iti) – dilavər, dilli, dilli-dilavər.
Ağızdan gələni (çıxanı) demək – söymək, söyüb biabır etmək.
Ağızdan olmaq – çox danışmaqdan, deməkdən yorulmaq, ağzı yorulmaq.
Ağızdan-ağıza keçmək (söylənmək, deyilmək, dolaşmaq) – yayılmaq, birbirinə keçmək.

Bu qisim ağızdan-ağıza söylənən … ədəbiyyat hər bir [xalqın] hal və şəninə və övzai-məişətinə müxtəs olub, onun dünya üzrə nə növ yaşamasına şəhadət verir. F.Köçərli.
Nadir Bakıya varid olduqda alay komissarı təyin olunmuşdu və həmin bu xəbər də ağızdan-ağıza keçib … gəlib kəndə çatmışdı. B.Talıblı.
Qəmərin gözəlliyi ağızdanağıza dolaşdı, sorğu-suallar başlandı. Çəmənzəminli.

Ağızlara düşmək – dillərə düşmək, dillərdə sözü söylənmək (mənfi mənada).
Başqasının ağzı ilə oturubdurmaq – öz fikri olmamaq, başqasının sözü ilə hərəkət etmək.
Ağzı açılmaq1) danlamağa başlamaq;
// söyməyə başlamaq;
2) kütləvi halda gəlməyə, axışıb gəlməyə, yeriməyə başlamaq. Sürünün ağzı açıldı. Qoşunun ağzı açıldı.

– Get-gedə qaçqınların ağzı açılmağa başladı, camaat əkini buraxıb, canlarını qurtarmaq üçün dağ yuxarı qaçırdı. Çəmənzəminli.
Zəvvarların ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim… Ə.Haqverdiyev.

Ağzı aparmaq – ağzına gələni danışmaq, həddhüdudunu aşmaq, danışığını bilməmək, nalayiq danışmaq.
Ağzı ayrıla (açıla) qalmaq – heyrətdə qalmaq, çox təəccüb etmək. Ceyran pis vəziyyətdə idi.

Onun yanşaq ağzı açıla qalmışdı. Mir Cəlal.
Belə bir dəfn mərasimini görən adamların ağızları açıla qalmışdı. P.Makulu.

Ağzı bir yerə yığmaq – razılaşdırmaq, birləşdirmək, həmrəy etmək.

[Cahan:] …Gərək kənd arvadlarının ağızlarını bir yerə yığasınız. Ə.Haqverdiyev.

Ağzı deyil! – bacarmaz, cürət edə bilməz, hünəri deyil.

[Teymur ağa:] Onun ağzı deyil mənim mirzəmi qovdura. M.F.Axundzadə.

Ağzı dəymək – tovlamaq, aldatmaq, dilə tutmaq.

[Ağamərdan:] Bəli, indi məlum oldu ki, o, haramzadənin, o bidinin ağzı sizə dəyibdir. M.F.Axundzadə.

Ağzı günə buraxmaq – başlı-başına buraxmaq.

Daha mirzə yazıq nə qayıracaq idi? O qaça bilməz, dəftərxananı ağzı günə buraxıb bir yana gedə bilməz. S.Rəhimov.

Ağzı günə qalmaq – yiyəsiz qalmaq, sahibsiz qalmaq, başlıbaşına qalmaq, boş qalmaq, istifadəsiz qalmaq.
Ağzı ilə quş tutmaq – çox cəld, çox zirək, hər şeyi çox tez başa düşən adam haqqında deyilir.
Ağzı köpüklənmək məc. – hiddətlənmək, coşmaq, qəzəblənmək, hirslənmək.

Şişman adam coşdu, daşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, – dedi. A.Şaiq.
Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi. M.İbrahimov.

Ağzı nədi(r) – “nə ixtiyarı var, nə cürətlə” mənasında işlənən təhdid ifadəsidir.

[Kosaoğlu:] Uşağın ağzı nədir atasını sevməsin, ə! Mənim yanımda cınqırlarını çəkmirlər! İ.Şıxlı.

Ağzı soyumaq – ölmək.
Ağzı sulanmaq – tamaha düşmək, həsrətində olduğu şeyi görüb tamahsılanmaq.

Başqası pul sanayanda onun ağzı sulanır; Başlayır hürməyə, nəfsi, təməi qurcalanır. M.Ə.Sabir.

Ağzı süd qoxumaq – bax ağzından süd iyi gəlmək.

Ağzın süd qoxuyur, körpəsən hələ; Mən xalqın dərdini bilən şairəm. S.Rüstəm.

Ağzı sürüşmək – çaşmaq, səhv etmək.
Ağzı yanmaq – təşəbbüsü pis nəticələnmək, xeyir görməmək, zərər çəkmək, peşman olmaq.
Ağzına ağız (dil) vermək – sözünü qüvvətləndirmək, təhrik etmək, coşdurmaq.

A kişi, buna baş qoşma, ağzına ağız verib özündən çıxartma. S.Rəhimov.

Ağzına almaq1) söyləməyi layiq bilmək, demək, danışmaq.

[Nuruoğlu:] Belə sözləri ağzına alıb danışma. M.Hüseyn;

2) qavramaq, əhatə etmək, qaplamaq. Alov hər yeri ağzına almışdı.

Gecə elə işıq idi ki, iynə saplamaq olardı. Çəmənzəminli.

Ağzına baxmaq – öz fikri olmayıb başqasının iradəsinə tabe olmaq.
Ağzına çullu dovşan yerləşmir (sığmır) – həddindən artıq lovğa, təşəxxüslü, özünü öyən, gopçu adam haqqında.
Ağzına gələni demək – bərk danlamaq, töhmətləndirmək, biabır etmək, söyüb danlamaq, söymək.

Molla bacı … həyətə çıxdı və üzünü qonşuya tutub ağzına gələni dedi. Çəmənzəminli.

Ağzına götürmək – qışqırmaq, bağırmaq mənasında.

Salmanovanın səsi dəhlizi ağzına götürdü. Ə.Əbülhəsən.

Ağzına qurd düşmək – heç kəs tərəfindən dindirilməmək, danışdırılmamaq, sayılmamaq.
Ağzına su almaq (götürmək) – susmaq, dinməmək, danışmamaq, susub durmaq, söhbətdə, danışıqda iştirak etməmək, sükut etmək.

Qoy desin, a Mürsəl kişi, niyə ağzına su alıb dillənmirsən? M.Hüseyn.
Qaranlıq çökəndə uca çinar ağacları dilə gələr, küçələr isə ağzına su alardı. Mir Cəlal.

Ağzında dili yox – məzlum, həlim, yazıq, aciz adam haqqında.
Ağzından çıxmaq – istəmədən, qeyriixtiyari bir söz demək, söyləmək.
Ağzından düşməmək – daim təkrar etmək, dilindən düşməmək, dilinin əzbəri olmaq.

[Kərim baba] nəşəsin pozmaz, tütək çalar, sümsü qayırar, hələ mahnısı ağzından heç düşməzdi. A.Şaiq.

Ağzından qaçırmaq – istəmədən və özü bilmədən demək, söyləmək, açmaq.
Ağzından qan qoxusu (iyi) gəlir – xata törətmək istəyən, dava axtaran, xatakar adam haqqında.
Ağzından süd iyi gəlmək – çox gənc və təcrübəsiz adam haqqında.

[Ağabəyim:] Eh, qızım, – dedi, – bilmirəm səni necə başa salım, … sənin ağzından hələ süd iyi gəlir. Çəmənzəminli.

Ağzından vurmaq – qabaqcadan rədd etmək, qaytarmaq, sözünü ağzında kəsmək, danışmağa qoymamaq, ruhdan salmaq.
Ağzını açdırmaq – söylətmək, deyinməsinə, ləyaqətsiz, pis sözlər söyləməsinə səbəb olmaq (adətən pis adam haqqında).

[Kor kişi:] Axmağın qızı, axmaq, … ağzımı açdırma. S.Hüseyn.

Ağzını açıb gözünü yummaq – ağzına gələni danışmaq.
Ağzını açmaq – danışmağa başlamaq.

Sonra oğlu ağzını açıb atasının məzəmmətinin qabağında söylədi… Ə.Haqverdiyev.
[Həpir:] Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür; mənim doğma atam ayağımdan çəkir. Mir Cəlal.

Ağzını Allah yoluna açmaq1) dilənmək, dilənçilik etmək;
2) ağzına gələni danışmaq.
Ağzını ara(la)maq – birisinin ürəyini, fikrini, rəyini, sirrini, məqsədini bilməyə təşəbbüs etmək.

Sərdar Rəşid bununla mənim ağzımı aramaq istəyirdi… M.S.Ordubadi.

Ağzını bağlamaq – susdurmaq, danışmağa qoymamaq.

[Qənbərqulu:] Ağa, başına dönüm, bu necə ola bilər? Birdən-birə elin ağzını bağlamaq olmaz ki… B.Talıblı.

Ağzını bədə açmaq – pis danışmaq, pis niyyətlə danışmaq, yaxşılığa danışmamaq.
Ağzını büz(üşdür)mək məc. – narazılıq ifadə etmək, bəyənməmək, məmnuniyyətsizliyini üzünün ifadəsi ilə anlatmaq.
Ağzını dağıtmaq – artıq-əskik danışmaq, ağzına gələni danışmaq, danışığını bilməmək.
Ağzını əymək1) təqlidini çıxarmaq, yamsılamaq. Kosanın qılçaları bir-birinə dolaşa-dolaşa dönüb çıxdı.

Sübhanverdizadə onun arxasınca ağzını əyəəyə söyləndi. S.Rəhimov;

2) bax ağzını büz(üşdür)mək.
Ağzını əzmək – döymək.
Ağzını göyə açmaq – veyillənmək, avaraavara gəzmək, heç bir işlə məşğul olmamaq.
Ağzını xeyrə açmaq – yaxşı söz danışmaq, xeyirli söz danışmaq, uğur diləmək.
Ağzını ovmaq – döymək, cəzalandırmaq.
Ağzını qaytarmaq məc. – lazımi cavab vermək, rədd və qəti etiraz etmək.

Səmayə bu çıxışı ilə Möhlətovun ağzını elə qaytardı ki, daha sədrin deməyə sözü qalmadı. Mir Cəlal.

Ağzını saxlamaq – danışmamaq, cavab verməmək, söz qaytarmamaq, pis söz söyləməkdən çəkinmək.
Ağzını sulandırmaq – bax ağzının suyunu axıtmaq.

“Toxam” – desə də, bu iy onun [Əlyarovun] iştahasını qıdıqlayır, yavaş-yavaş ağzını sulandırırdı. M.Hüseyn.

Ağzını sürümək – müəyyən fikir söyləməkdən çəkinmək.
Ağzını təmiz saxlamaq – pis söz söyləməkdən çəkinmək, danışarkən ehtiyatlı olmaq, ədəbli danışmaq, tərbiyəli olmaq.
Ağzını tutmaq – sükuta, dinməməyə məcbur etmək, danışmağa qoymamaq, susdurmaq.

[Safo:] Selin qabağını almaq çətin olduğu kimi, elin ağzını da tutmaq mümkün deyildir. S.Rəhimov.

Ağzını yoxlamaq – bax ağzını ara(la)maq.

[Əhməd:] Sabah özün elçi get, qızın anasının ağzını yoxla, gör nə deyirlər. A.Şaiq.

Ağzını yormaq – faydasız və boş yerə söylənib durmaq.
Ağzını yummaq – qorxutmaqla, hədələməklə, yaxud pul verməklə və ya başqa bir vasitə ilə susdurmaq, sükuta, danışmamağa məcbur etmək.
Ağzının sözünü bilmək – danışarkən pis sözlər işlətməkdən çəkinmək, danışığını bilmək.

[Xanpərvər bəyim:] İtil buradan, vələdüzina! Sən heç ağzının sözünü bilmirsən! N.Vəzirov.

Ağzının suyunu axıtmaq – tamaha salmaq, bərk tamahsılandırmaq, həsrətdə qoymaq.

Qönçənin gözəlliyi həm bəyin, həm də bəy balalarının ağızlarının suyunu axıdırdı. S.Rəhimov.
[Salatın ürəyində:] Qoy ağzının suyu axsın, qoy qardaşımın dalınca sürünsün, boyuna qurban olduğumun boyuna vurulsun, – deyə xəyalından keçirdi. İ.Şıxlı.

Bir ağızdan – hamı birlikdə, hamı bir yerdə, hamı birdən, xorla. Bir ağızdan oxumaq.

– Atabəy qəsrinin ətrafına yığılan minlərcə Toğrul tərəfdarları bir ağızdan “Yaşasın mələkə!” – deyə qışqırırdılar. M.S.Ordubadi.

Canı ağzına gəlmək – bax can.
Gözlərini ağzına dikmək – bax göz.
Sözü ağzında qalmaq – fikrini deyib qurtarmağa macal tapmamaq, sözü yarımçıq qalmaq. Onlara [Səriyyə və uşaqlarına] fikir verən yox idi.

Sözləri ağızlarında qalırdı. M.İbrahimov.

Sözü ağzından tökülmək – səhih, aydın danışa bilməmək, sözü çeynəyə-çeynəyə danışmaq. ağız-ağız bax ağızbaağız 2-ci mənada.

Şöhrətini ağız-ağız, oymaq-oymaq eşitdik biz. S.Vurğun.

 

 

AĞIZ nədir? – AĞIZ nedir? – AĞIZ sözünün mənası – AĞIZ sozunun menasi – AĞIZ nə deməkdir? – AĞIZ ne demekdir? – AĞIZ sözünün izahı – AĞIZ sozunun izahi – AĞIZ sözünün istifadəsi – AĞIZ sozunun istifadesi

Oxşar Sözlər:
Bakır Fiyatları - Dolar Piyasası: Bakır fiyatları, doların değerine bağlı olarak dalgalanmaktadır. Bakır Fiyatları - Küresel Talep: Küresel talepteki artış, bakır fiyatlarını yükseltmektedir. Bakır Fiyatları - Elektrikli Araçlar: Elektrikli araçların artan kullanımı, bakır talebini artırmaktadır. Bakır Fiyatları - İnşaat Sektörü: İnşaat sektöründeki büyüme, bakıra olan talebi artırmaktadır. Bakır Fiyatları - Madencilik Maliyetleri: Madencilik maliyetlerindeki artış, bakır fiyatlarını etkilemektedir. Bakır Fiyatları - Yatırımcı Beklentileri: Yatırımcıların bakır fiyatlarına dair beklentileri, piyasalarda dalgalanmalara neden olmaktadır. Bakır Fiyatları - Hammadde Pazarları: Hammadde pazarlarındaki hareketlilik, bakır fiyatlarının yönünü etkileyebilmektedir. Bakır Fiyatları - İklim Değişikliği: İklim değişikliği politikaları, bakır talebini şekillendiren önemli bir faktördür. Bakır Fiyatları - Döviz Kurları: Diğer döviz kurlarındaki değişimler, bakır fiyatlarını dolaylı olarak etkileyebilir. Bakır Fiyatları - Küresel Ekonomi: Küresel ekonomik büyüme, bakır fiyatlarının artmasına katkı sağlamaktadır. Altın, yüzyıllardır değerli bir mücevher ve yatırım aracı olarak kabul edilmektedir. Altın piyasası, dünya genelinde finansal istikrarın ve ekonomik belirsizliklerin bir göstergesi olarak önemli bir rol oynamaktadır. Bu yazıda, altın piyasasının dinamikleri, fiyat belirleyicileri ve yatırımcılar için sunduğu fırsatlar ele alınacaktır. 1. Altın Piyasasının Temel Dinamikleri Altın piyasası, alım satım işlemlerinin yapıldığı ve fiyatların belirlendiği bir platformdur. Bu piyasa, fiziksel altın, altın madeni hisse senetleri ve altın türevleri gibi çeşitli finansal araçlar aracılığıyla işlem görmektedir. Altın fiyatları, arz ve talep dengesi, jeopolitik olaylar ve makroekonomik veriler gibi birçok faktörden etkilenmektedir. 2. Fiyat Belirleyicileri Arz ve Talep: Altın fiyatları, madencilik faaliyetlerinin yanı sıra, sanayi ve mücevherat talebiyle doğrudan ilişkilidir. Artan talep, fiyatları yukarı yönlü etkilerken, aşırı arz fiyatları düşürebilir. Döviz Kurları: Altın genellikle dolar cinsinden işlem gördüğü için, doların değeriyle ters orantılıdır. Doların değer kaybetmesi, altın fiyatlarının yükselmesine neden olabilir. Jeopolitik Gelişmeler: Savaşlar, siyasi belirsizlikler ve ekonomik krizler, yatırımcıların güvenli liman arayışını artırarak altın fiyatlarını yükseltebilir. Faiz Oranları: Düşük faiz oranları, yatırımcıların altına yönelmesine yol açabilir, çünkü diğer yatırım araçlarının getirileri düşerken, altın daha cazip hale gelir. 3. Yatırım Fırsatları Altın, portföy çeşitlendirmesi ve değer koruma amacıyla sıkça tercih edilen bir yatırım aracıdır. Yatırımcılar, fiziksel altın almanın yanı sıra, altın madeni hisseleri, altın fonları veya borsa yatırım fonları (ETF'ler) gibi alternatif yollarla da altın yatırım yapabilirler. 4. Riskler Her yatırımda olduğu gibi, altın piyasasında da riskler bulunmaktadır. Fiyat dalgalanmaları, yatırımcıların zarar etmesine neden olabilir. Ayrıca, altın saklama ve güvenlik maliyetleri gibi ek masraflar da göz önünde bulundurulmalıdır. 5. Sonuç Altın piyasası, küresel ekonomi üzerindeki etkisi ve yatırımcılara sunduğu fırsatlar açısından önemli bir sektördür. Ekonomik belirsizlik dönemlerinde güvenli bir liman olarak değerlendirilen altın, gelecekte de yatırımcıların ilgi odağı olmaya devam edecektir. Yatırım yapmadan önce, piyasa koşullarını dikkatlice analiz etmek ve kendi risk toleransınızı belirlemek önemlidir.
Mənbə:
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.




atalar sözləri
wikipedia
adların mənası
Buy Me A Coffee
Təəssüf ki, saytımız xərclərini qarşılamadığı üçün bu düyməni yerləşdirməli olduq. Əsas məqsədimiz, Azərbaycan dilinin yayılmasını və inkişafını dəstəkləməkdir. Uşaqlarımızın öz dillərində axtarış apararkən Azərbaycan dilində mövcud olan saytlardan məlumat ala bilmələrini təmin etməkdir.