ZƏLİ
1. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanını sormaqla dolanan xırda qurd.
□ Zəli qoymaq (salmaq, yapışdırmaq, düzmək) – təbabətdə: xəstə adamın korlanmış qanını sordurmaq üçün onun bədəninin müvafiq yerlərinə zəli qoymaq.
2. məc. Başqasını amansızcasına istismar edən, soyan, var-yoxunu sorub çəkən adam haqqında. Xalqın qanını zəli kimi sormaq.
3. məc. Yapışdığı yerdən qopmayan, tutduğunu əldən buraxmayan şey və ya adam haqqında.
□ Zəli kimi yapışmaq – 1) tutduğu yerdən bərk-bərk yapışıb buraxmamaq, yapışıb əl çəkməmək. Qəmər atasının qulluğundan mürəxxəs olub, düz mənzilinə gəlib, genə də zəli kimi kitaba yapışdı. (Nağıl);
2) təngə gətirmək, cana gətirmək.
ZƏLİ nədir? – ZƏLİ nedir? – ZƏLİ sözünün mənası – ZƏLİ sozunun menasi – ZƏLİ nə deməkdir? – ZƏLİ ne demekdir? – ZƏLİ sözünün izahı – ZƏLİ sozunun izahi – ZƏLİ sözünün istifadəsi – ZƏLİ sozunun istifadesi