Mənasını axtardığınız sözü daxil edin.

YOL sozunun menası ve YOL nedir ve YOL ne demekdir sualına cavab tapa bilərsiniz.

YOL haqqında məlumat. YOL nə deməkdir? YOL sözünün mənası nədir? YOL nədir? YOL nə deməkdir? YOL sözü nə deməkdir? YOL sözünü necə yazmaq olar? Yan sözünün qısa mənası nədir? YOL sözü nə deməkdir? YOL sözünün mənası nədir? YOL sözünün Azərbaycan dilində istifadəsi: YOL sözünün Azərbaycan dilində istifadəsi, mənası nədir? YOL nə deməkdir?

Türkçe-Azerbaycanca Sözlük Türkçe-Azerbaycanca sözlükler, Türkçe ve Azerbaycan Türkçesi arasında anlam ve terim karşılaştırması yapmak amacıyla hazırlanan kaynaklardır. Bu sözlükler, dil öğreniminde, çeviri çalışmalarında ve iki dil arasındaki kültürel etkileşimi anlamada önemli bir araçtır. 1. Dil Öğrenimi İçin Önemi Türkçe-Azerbaycanca sözlükler, dil öğrenenler için temel bir kaynaktır. Yeni kelimelerin öğrenilmesi, dil bilgisi kurallarının kavranması ve günlük iletişimde kullanılan ifadelerin anlaşılması açısından oldukça faydalıdır. Bu sözlükler, dil öğreniminde pratik yapma imkanı sunarak öğrencilerin kelime dağarcığını geliştirmelerine yardımcı olur. 2. Çeviri Çalışmalarında Kullanımı Çevirmenler, Türkçe ve Azerbaycan Türkçesi arasında doğru anlam aktarımı yapmak için bu sözlükleri sıklıkla kullanır. Her iki dildeki kelimelerin doğru karşılıklarını bulmak, metinlerin çevirisinde anlam kaybını önlemek açısından kritik öneme sahiptir. Sözlükler, aynı zamanda deyim ve ifadelerin çevirisi konusunda da rehberlik eder. 3. Kültürel Etkileşim Türkçe ve Azerbaycan Türkçesi, dil aileleri bakımından birbirine yakın diller olmalarına rağmen, bazı kelimeler ve ifadeler farklılık gösterebilir. Türkçe-Azerbaycanca sözlükler, bu farklılıkları anlamak ve kültürel etkileşimi artırmak için önemlidir. İki halk arasındaki dilsel bağları güçlendirir ve ortak kültürel mirası yansıtır. 4. Güncel Gelişmeler Dil, zamanla değişir ve gelişir. Bu nedenle, Türkçe-Azerbaycanca sözlüklerin güncellenmesi, yeni terimlerin eklenmesi ve eski terimlerin güncellenmesi önemlidir. Güncel sözlükler, dilin canlılığını ve dinamik yapısını yansıtır. Ayrıca, sosyal medya, teknoloji ve bilim gibi alanlarda kullanılan yeni kelimelerin sözlüklere dahil edilmesi, dilin evrimine katkı sağlar. 5. Sonuç Türkçe-Azerbaycanca sözlükler, dil öğreniminden çeviri çalışmalarına, kültürel etkileşimden güncel gelişmelere kadar birçok alanda önemli bir rol oynamaktadır. Bu sözlükler, iki dil arasındaki bağları güçlendirirken, kullanıcılarına zengin bir dil deneyimi sunar. Türkçe ve Azerbaycan Türkçesi arasında köprü kuran bu kaynaklar, dilin ve kültürün gelişimine katkıda bulunur.

YOL Azerbaycan dilinde - Azerbaycanca nedir

YOL sözünün mənası nədir? YOL sözünün izahı nədir - YOL nedir Azerbaycan dilində Azerbaycanca

YOL

is.
1. Gediş-gəliş və nəqliyyat işləməsi üçün zolaq şəklində ayrılmış yer. Kəndarası yol. Bu yol haraya gedir? Avtomobil yolu. Şose yolu.

[Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə.
Bağlar arası ilə uzanan bir yolla gedirdim. S.Hüseyn.

□ Yol çəkmək – şose, yaxud dəmir yolu inşa etmək.
Yol salmaq1) bir yerdən çox gedibgələrək oranı işlək hala gətirmək;
2) bax yol çəkmək.
// Təyyarələrin, gəmilərin hərəkət etdiyi xətt. Hava yolu. Dəniz yolu. Su yolu.
// Keçiləcək yer, keçid, keçmək üçün yer. Yolda dayanmaq. Yolu kəsmək. Kolları qırıb yol açmaq. Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi.
2. Dəmiryol xətti; rels. Qatar yolda durmuşdur. Tramvay yolu.
3. Səfər, səyahət. Yorucu yol. Yolumuz çox şən keçdi. Yolda heç yatmadıq. Uzaq yoldan gəlmək. – Yolçu yolda gərək. (Ata sözü).
□ Yol üstdə olmaq – səfərə hazırlaşmaq, səfər ərəfəsində olmaq.

Bala, səhər ertənin soyuğuna özünü vermə! Yol üstdəsən, xəstələnərsən. Ə.Vəliyev.

Yola çıxmaq – uzaq bir yerə səfərə getmək.

Rizvan, belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən, qonşusunun da öküzlərini aldı. S.Hüseyn.

Yoldan gəlmək – səfərdən və ya uzaq bir yerdən gəlmək.
4. İstiqamət, yön.
□ Yolu azmaq (itirmək) – azmaq, yolu tanımamaq.

Qayıdarkən yolumu azdım. S.Hüseyn.

// məc. Fəaliyyət istiqaməti, inkişaf xətti. Yazıçı öz yaradıcılığında yeni bir yol seçdi. Hərə öz yolunu tapacaqdır.
// məc. İmkan. Hər bir adam qarşısında geniş yollar açılmışdır.
5. anat. Canlı orqanizmdə: müxtəlif maddələrin keçdiyi boru. Sidik yolu.
6. məc. Bir yerə girmək, daxil olmaq imkanı. Yuxarılara yol axtarmaq.

– Mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaq idi. M.S.Ordubadi.

7. Bir şeyi əldə etmək üçün üsul, vasitə, vəsait. İşin yolunu öyrənməli. Məsələni iki yolla həll etmək olar. Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir. Müharibə dövlətlər arasında mübahisəni həll etmək üçün yol ola bilməz.
// Çarə, əlac, tədbir.

[Muradın] qarşısında iki yol vardı; Nigarı boşayıb adını öz üzərindən qaldırmaq və ya onu tamamilə sərbəst buraxıb hər işinə göz yummaq… S.Hüseyn.

□ Yol aramaq – tədbir düşünmək.
8. məc. Dünyagörüşü, əqidə. O, başqa yolun adamıdır.
9. məc. Dəfə, kərə. Ondan üç yol soruşdum. Bu gün iki yol çimmişəm.

– Əlli yol çapılam, yüz yol talanam; Bir şey deyil dövlət, mal, incimərəm. Aşıq Ələsgər.
Nə var qoçaq, nə üçün bağırırsan? Bura ki meşə deyil… İstəyirsənmi peysərinə bir beş-on yol da şapalayım, elə düz gedəsən. N.Vəzirov.
[Koxa:] Məmmədağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. N.Nərimanov.

10. …yolunda,
…yolda şəklində – uğrunda, üçün, naminə. Dost yolunda. Yüksək ideallar yolunda. Azadlıq və səadət yolunda. Vətən yolunda canından keçmək.

– Dost yolunda bu dünyada; Başından keçdiyin varmı? Koroğlu”.
Mən axırda arvada dedim ki, dəxi bizim yolumuzda onun zəhmətinə ehtiyac yoxdur. C.Məmmədquluzadə.
Yarın bahar mövsimidir, aşıq olmalı; Canan yolunda ölmək üçün şaiq olmalı. A.Səhhət.
[Zeyd:] Bil ki, bu yolda keçərəm; Canımdan, həm varımdan. Ü.Hacıbəyov.

◊ Yol açıqdır! – buyura bilərsən! gedə bilərsən! rədd ol! get! Yol açmaq məc. – hər hansı bir yenilik sahəsində birinci olmaq;
// təşəbbüsçü olmaq, nümunə olmaq, yol göstərmək.

Özünə tapdın əlac, tapdın əlac; Vəliyə sən bir yol aç, sən bir yol aç! Ü.Hacıbəyov.

Yol ağzında – yolun yanında, yol kənarında, yola yapışıq yerdə. Yol ağzında durub gözləmək.

– Bostan yol ağzında idi. Ə.Əbülhəsən.

Yol almaq – hər hansı bir istiqamətdə hərəkət etmək, getməyə başlamaq.

[Yolçu] şəhər yolundan dönərək kərpic zavoduna yol alır. Mir Cəlal.

Yol bilmək1) yola bələd olmaq.

Qəhrəman şəhər tanımır, yol bilmir. S.Rəhimov;

2) tədbirli olmaq, tədbir tapmaq.
Yol döymək – bir yerə çox gedib-gəlmək.
Yol eləmək – çox gedib-gəlməkdən yol salmaq;
// həddindən artıq gedib-gəlmək.

Dünyanın üstündən yol eylərəm mən; Bu hikmətdə mən Musayam, sən nəsən? Aşıq Valeh.

Yol göstərmək – rəhbərlik etmək, yönəltmək, istiqamətləndirmək.
Yol götürüb (alıb, tutub) getmək – həddindən artıq bol olmaq.
Yol gözləmək – bir adamın gəlməsini gözləmək, müntəzir olmaq.

Bir təpə başında oturub səbirsizliklə atamın yolunu gözləyirdim. A.Şaiq.

Yol kəsmək1) çapovulçuluqla, qarətgərliklə məşğul olmaq, soyğunçuluq etmək.

Bəs hansı dilənçilər, görəsən, quldur oldular, yollar kəsdilər? M.F.Axundzadə;

2) mane olmaq, yol verməmək.

Onun xoşbəxtliyinin yolunu kəsə bilərikmi? M.S.Ordubadi.

Yol ölçmək – boş yerə, səmərəsiz gedib-gəlmək.
Yol ötmək – keçmək, keçib getmək.
Yol tutmaq – bir tərəfə istiqamət götürmək, getməyə başlamaq.
Yol uzunu – bütün yolu, yol boyunca.

Atları sürən bir yekəpapaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. C.Məmmədquluzadə.
Yol uzunu söhbətimiz Hacı kişidən idi. Qantəmir.

Yol üstdə – bax yol ağzında.

Bağ salmışam yol üstdə; Meyvəsi var bol, üstdə; Gedirəm yar görməyə; Yağı durub yol üstdə. (Bayatı).

Yol vermək1) başqasının keçməsi üçün kənara çəkilmək;
2) icazə vermək, imkan vermək, mane olmamaq. Belə şeylərə yol vermək olmaz.
Yol verməmək – icazə verməmək, imkan verməmək, mane olmaq. Qanun buna yol vermir.

– Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz. M.İbrahimov.

Yol vərəqəsi – ezamiyyətə, sanatoriyaya və s.-yə gedənlərə verilən vəsiqə; putyovka.

Cərrahiyyə professorunun xahişinə görə, Rüxsarəyə Cənubi Krım sahilinə getmək, orada dincəlmək üçün yol vərəqəsi hazırlandı. S.Rəhimov.

Yol yoldaşı – bərabər yol gedən (səfərə çıxan) adamlardan hər biri.
Yol yorğunu olmaq – bir yerə çox gedib-gəldikdə, lakin bir şey əldə edə bilmədikdə deyilən ifadə.
Yola aparmaq1) yaxşı rəftar etmək, yola vermək;
2) idarə etmək.

Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və [xassələrindən] müttəle olsun, öz işin yola aparsın. M.F.Axundzadə.

Yola aparmamaq – yaxşı rəftar etməmək, yola verməmək, daim dalaşmaq, höcətləşmək, sözləşmək. Günlərin bir günü qızların anası öldü, ataları getdi, təzə arvad aldı.

Bu arvad qızları yola aparmadı. (Nağıl).

Yola düşmək – getmək, hərəkət etmək. Sabah yola düşəcəyik. Səyyahlar yola düşdülər. Yola düşməyə hazırlaşmaq.

– O adam Şiraza yola düşübdür. Ü.Hacıbəyov.

Yola düzəlmək – yola düşmək (ayaqla).

Qasid vidalaşıb yola düzələrkən şair, qıza: – Sən artıq kəniz deyilsən, – dedi. Ə.Məmmədxanlı.

Yola gedər – keçər, gedər, ötüşər, razılaşmaq olar.

Nağılbazlığı yola gedər, ancaq ağzıbütöv qoca olsun. S.Rəhimov.

Yola getmək – yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq.

[Molla Xəlilin] dediyi kimi, ikisi bir yerdə yola gedə bilməyəcəkdilər… S.Hüseyn.

Yola getməmək – bir yerdə ünsiyyət tapa bilməmək, xasiyyətləri tutmamaq, aralarında yaxşı münasibət olmamaq, daim sözləşmək, mübahisə etmək, dalaşmaq. Onlar heç yola getmirlər.

– İslam keçən payızda ikinci bir arvad aldığından, iki günü bir evdə yola getmirdilər. S.Hüseyn.

Yola gəlmək – uzun-uzadı fikirləşməkdən, xahişdən, nəsihətdən, söhbətdən sonra razı olmaq, razılıq vermək.

[Yığılanlar] da nə qədər nəsihət elədilərsə, Anaxanım yola gəlmədi. Aşıq Ələsgər”.

Yola gətirmək – dilə tutaraq razı etmək, razılığına nail olmaq.

Mənim başım plov bişirməyə qarışacaqdır, sən çalış, onu yola gətir. S.S.Axundov.
[Mirzağa:] Mən [Cəmiləni] tez yola gətirərəm. S.Hüseyn.

Yola rəvan olmaq – bax yola düşmək.

Axşama bir saat qalmış yolçular çıxdılar və gecə orada qalıb səhər yola rəvan oldular. S.S.Axundov.

Yola salmaq1) gedəni qapıya qədər və ya səfərə çıxanı miniyə qədər ötürmək, müşayiət etmək.

Eşitmişik xanımı yola salmısan; Xanım getcək kim, sən tənha qalmısan. Ü.Hacıbəyov.
O gəmi ilə mən də öz yaralı qardaşımı yola saldım. M.Hüseyn;

2) təmin etmək, razı salmaq.

Bir badya qatıq doğraması ilə on-on beş fəhləni yola salmaq olurdu. Mir Cəlal.

Yola vermək1) rəftar etmək, dolandırmaq, idarə etmək.

[Mehribanı] Zeynal istədiyi tərzdə idarə edib yola verməli idi. S.Hüseyn.

[Atam:] “Quzğun”dan bizim evə gələn gənci biz yola verəcəyik, zənnindəyəm. Çəmənzəminli;
2) ötürmək, üstündən keçmək.

Onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər zarafatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn;

3) həyata keçirmək, məqsədinə çatmaq.

[Kərəmovu] mütrüb kimi oynadıb ələ salan, öz işlərini yola vermək üçün bir alətə çevirən yaltaqları, ikiüzlüləri çox sərrast təyin etmişdir. İ.Əfəndiyev.

Yola verməmək – rəftar etməmək, yola getməmək, ünsiyyət tapa bilməmək.

[Anası:] Bəlkə səni evdə baldızların, qayınların yola vermirlər? Çəmənzəminli.

Yoldan azmaq – bax yoldan çıxmaq 2-ci mənada.
Yoldan çıxar(t)maq – azdırmaq, sapdırmaq, başdan çıxarmaq, müxtəlif yollarla aldadaraq başqa bir işə (adətən pis işə) sövq etmək. Ağa, başına dönüm, məni yoldan çıxartdılar.

Mən bir fəqir, dinc adamam. M.F.Axundzadə.
Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “Şeytan” adında onun bir düşməni var ki, həmişə istəyir, onu yoldan çıxartsın. C.Məmmədquluzadə.
[Həsənqulu bəy:] Rüstəm bəy, vallah, bağışla, bizi Məşədi İbad yoldan çıxartdı. Ü.Hacıbəyov.

Yoldan çıxmaq, yolundan çıxmaq1) qəzaya uğramaq. Qatar yoldan çıxdı;
2) məc. azmaq, sapmaq, pis yola düşmək.

Amandı, qoymayın övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman, bu boyda, bu boyda. M.Ə.Sabir.

Yoldan eləmək (etmək)1) bax yoldan saxlamaq. Bülbülü güldən eylərsən; Gedəni yoldan eylərsən. Aşıq Həsən;
2) bax yoldan çıxar(t)maq.

Akoşkanın milləri; Açıb qızılgülləri; Oğlanı yoldan eylər; Qızın şirin dilləri. (Bayatı).

Yoldan qalmaq – bir səbəb üzündən gedəcəyi yerə gedə bilməmək, yaxud qatara və s.-yə gecikmək.
Yoldan qoymaq – bax yoldan eləmək 1-ci mənada.
Yoldan ötən, hər yoldan ötən məc. – hər kəs, hər adam.
Yoldan saxlamaq – getməsinə mane olmaq, getməkdən daşındırmaq.

Şükür Məşədi Həsən əmini yoldan saxlaya bilmədi. S.Hüseyn.

Yolları ayrılmaq – aralarında nifaq, ixtilaf əmələ gəlmək.
Yolları (yolu) ayrı olmaq – məqsədləri, niyyətləri, qayələri başqa-başqa olmaq, birbirinə uymamaq.
Yolu bir olmaq – bir məqsəd təqib etmək, bir məsləkdə, bir əqidədə olmaq.
Yolu çaşdırmaq – hansı tərəfə gedəcəyini bilməmək; azmaq.
…yolun yolçusu – bax yolçu.
Yolu düşmək – təsadüfən gəlmək, getmək, bir yerdə olmaq.

Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım… C.Məmmədquluzadə.
Ax, yolum bir yenə Samuxa düşə; Ürəyim istəyir gedə görüşə… H.K.Sanılı.

…yolu ilə –
…qaydası ilə,
…üsulu ilə, …kimi. Dostluq yolu ilə.
Yolu(n) yumrulsun, yolu yumrulmuş – qarğış ifadəsi.

[Tükəz:] Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır! M.F.Axundzadə.
[Nazlı xanım:] Dünən olan-olmazımı vermişəm kişiyə, aparsın satsın, kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Ə.Haqverdiyev.
Yolun yumrulsun, ölüm! Al-qana döndü könlüm. R.Rza.

Yoluna düşmək (girmək) – adi halına düşmək, nizam və qaydaya düşmək, normaya düşmək.

Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər. S.Hüseyn.

Yoluna qoymaq – bax yoluna salmaq.
Yoluna salmaq – nizama salmaq, qaydaya salmaq, davam etdirmək.
Yolundan çıxmaq – bax yoldan çıxmaq.

Mənim sözüm öz yolundan çıxanı; İnşallah, qaytarar, düz insan eylər. Aşıq Ələsgər.

Yolunu görmək – rüşvət vermək.

[Həcər:] Divanbəyinin layiqincə yolun görmək bizim başımız üstə. M.F.Axundzadə.
[Məhəmmədəli:] …Qabaqcadan yolumu görməsən, mən səni içəri qoymaram, qardaş! N.Vəzirov.

Yolunu gözləmək, yolunu saxlamaq – hörmət etmək, ehtiram etmək.

Özündən böyüyün saxla yolunu; Düşən yerdə saxla ərzi-halını. Aşıq Abbas.
Rüstəm kişini görən hər bir kəs uzaqdan ona salam verir, yolunu saxlayırdı. S.Rəhimov.

Yolunu kəsmək – maneçilik törətmək, mane olmaq, əngəl törətmək.
Axır (son) yol – ölüm.
Dörd yol ağzı (ayrıcı) – iki yolun kəsişdiyi nöqtə.
Gözləri yol çəkmək – bax göz.
Gözləri yolda qalmaq – bax göz.
Kanat yol – polad kanatlardan asılmış və onunla hərəkət edən vaqonetlərlə yük (bəzən adam) daşımaq üçün qurğu. Daşkəsəndə kanat yolu ilə filiz stansiyaya daşınır.

Nə yolda? – nə halda? necə? nə vəziyyətdə? [Xan:] Amerika ticarət müəssisələri ilə olan işlərin nə yoldadır? M.S.Ordubadi.
[Mehriban:] Zeynal məzuniyyətdən qayıtdıqdan sonra özü ilə əlaqəsi nə yolda olacaqdı? S.Hüseyn.

Öz yolu ilə (öz yolunda) getmək1) heç kəslə işi olmamaq, heç kəsə toxunmamaq, mane olmamaq;
2) lazımi qaydada, adi yolu ilə getmək. İşlər öz yolu ilə gedir.
Yaxşı yol! – yola (səfərə) çıxana salamatlıq, uğur arzusu.

 

 

YOL nədir? – YOL nedir? – YOL sözünün mənası – YOL sozunun menasi – YOL nə deməkdir? – YOL ne demekdir? – YOL sözünün izahı – YOL sozunun izahi – YOL sözünün istifadəsi – YOL sozunun istifadesi

Oxşar Sözlər:
Bakır Fiyatları - Dolar Piyasası: Bakır fiyatları, doların değerine bağlı olarak dalgalanmaktadır. Bakır Fiyatları - Küresel Talep: Küresel talepteki artış, bakır fiyatlarını yükseltmektedir. Bakır Fiyatları - Elektrikli Araçlar: Elektrikli araçların artan kullanımı, bakır talebini artırmaktadır. Bakır Fiyatları - İnşaat Sektörü: İnşaat sektöründeki büyüme, bakıra olan talebi artırmaktadır. Bakır Fiyatları - Madencilik Maliyetleri: Madencilik maliyetlerindeki artış, bakır fiyatlarını etkilemektedir. Bakır Fiyatları - Yatırımcı Beklentileri: Yatırımcıların bakır fiyatlarına dair beklentileri, piyasalarda dalgalanmalara neden olmaktadır. Bakır Fiyatları - Hammadde Pazarları: Hammadde pazarlarındaki hareketlilik, bakır fiyatlarının yönünü etkileyebilmektedir. Bakır Fiyatları - İklim Değişikliği: İklim değişikliği politikaları, bakır talebini şekillendiren önemli bir faktördür. Bakır Fiyatları - Döviz Kurları: Diğer döviz kurlarındaki değişimler, bakır fiyatlarını dolaylı olarak etkileyebilir. Bakır Fiyatları - Küresel Ekonomi: Küresel ekonomik büyüme, bakır fiyatlarının artmasına katkı sağlamaktadır. Altın, yüzyıllardır değerli bir mücevher ve yatırım aracı olarak kabul edilmektedir. Altın piyasası, dünya genelinde finansal istikrarın ve ekonomik belirsizliklerin bir göstergesi olarak önemli bir rol oynamaktadır. Bu yazıda, altın piyasasının dinamikleri, fiyat belirleyicileri ve yatırımcılar için sunduğu fırsatlar ele alınacaktır. 1. Altın Piyasasının Temel Dinamikleri Altın piyasası, alım satım işlemlerinin yapıldığı ve fiyatların belirlendiği bir platformdur. Bu piyasa, fiziksel altın, altın madeni hisse senetleri ve altın türevleri gibi çeşitli finansal araçlar aracılığıyla işlem görmektedir. Altın fiyatları, arz ve talep dengesi, jeopolitik olaylar ve makroekonomik veriler gibi birçok faktörden etkilenmektedir. 2. Fiyat Belirleyicileri Arz ve Talep: Altın fiyatları, madencilik faaliyetlerinin yanı sıra, sanayi ve mücevherat talebiyle doğrudan ilişkilidir. Artan talep, fiyatları yukarı yönlü etkilerken, aşırı arz fiyatları düşürebilir. Döviz Kurları: Altın genellikle dolar cinsinden işlem gördüğü için, doların değeriyle ters orantılıdır. Doların değer kaybetmesi, altın fiyatlarının yükselmesine neden olabilir. Jeopolitik Gelişmeler: Savaşlar, siyasi belirsizlikler ve ekonomik krizler, yatırımcıların güvenli liman arayışını artırarak altın fiyatlarını yükseltebilir. Faiz Oranları: Düşük faiz oranları, yatırımcıların altına yönelmesine yol açabilir, çünkü diğer yatırım araçlarının getirileri düşerken, altın daha cazip hale gelir. 3. Yatırım Fırsatları Altın, portföy çeşitlendirmesi ve değer koruma amacıyla sıkça tercih edilen bir yatırım aracıdır. Yatırımcılar, fiziksel altın almanın yanı sıra, altın madeni hisseleri, altın fonları veya borsa yatırım fonları (ETF'ler) gibi alternatif yollarla da altın yatırım yapabilirler. 4. Riskler Her yatırımda olduğu gibi, altın piyasasında da riskler bulunmaktadır. Fiyat dalgalanmaları, yatırımcıların zarar etmesine neden olabilir. Ayrıca, altın saklama ve güvenlik maliyetleri gibi ek masraflar da göz önünde bulundurulmalıdır. 5. Sonuç Altın piyasası, küresel ekonomi üzerindeki etkisi ve yatırımcılara sunduğu fırsatlar açısından önemli bir sektördür. Ekonomik belirsizlik dönemlerinde güvenli bir liman olarak değerlendirilen altın, gelecekte de yatırımcıların ilgi odağı olmaya devam edecektir. Yatırım yapmadan önce, piyasa koşullarını dikkatlice analiz etmek ve kendi risk toleransınızı belirlemek önemlidir.
Mənbə:
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.




atalar sözləri
adların mənası
Buy Me A Coffee
Təəssüf ki, saytımız xərclərini qarşılamadığı üçün bu düyməni yerləşdirməli olduq. Əsas məqsədimiz, Azərbaycan dilinin yayılmasını və inkişafını dəstəkləməkdir. Uşaqlarımızın öz dillərində axtarış apararkən Azərbaycan dilində mövcud olan saytlardan məlumat ala bilmələrini təmin etməkdir.