YERSİZ
1. Yeri, məkanı olmayan, yeriyurdu olmayan. Yersiz adam.
// İs. mənasında.
2. Torpaqsız. Yersiz kəndlilər.
3. Yerində, məqamında olmayan; uyğunsuz, namünasib, münasibətsiz. Yersiz söz. Yersiz söhbətlər. Yersiz danlaq.
// Zərf mənasında. Yersiz danlamaq.
4. Təsirsiz.
5. Nahaq, əbəs, əsassız. Yersiz nigarançılıq. Yersiz ehtiyat. Yersiz (z.) narahat olmaq.
6. Vəzifəsi, yeri olmayan; vəzifəsiz, işsiz. Yersiz (z.) qalmaq.
YERSİZ nədir? – YERSİZ nedir? – YERSİZ sözünün mənası – YERSİZ sozunun menasi – YERSİZ nə deməkdir? – YERSİZ ne demekdir? – YERSİZ sözünün izahı – YERSİZ sozunun izahi – YERSİZ sözünün istifadəsi – YERSİZ sozunun istifadesi