YATMAQ
1. Yuxu halında olmaq; yuxulamaq. Bərk yatmaq. Uzanıb yatmaq. Yatıb dincini almaq. Yatdığı yerdə (yorğan-döşəkdə, yuxuda olduğu zaman).
□ Yatıb qalmaq – vaxtında ayılmamaq.
Yatıb durmamaq – ölmək.
// məc. Əbədi istirahətgahda olmaq, dəfn olunmaq. Qəbirdə yatanlar (ölülər). Bu qəbirdə kim yatır?
// Yuxulamaq üçün yatağa girmək. Saat neçədə yatırsınız? O, çox tez yatır.
// Uzanmaq, uzanmış vəziyyət almaq.
// Gecəni keçirmək. Gecəni harada yatırdınız?
2. Xəstə olmaq, xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək (bəzən “xəstə” sözü ilə). Düz iki ay yatdım. Çoxdandır yatır.
3. Uçulmaq, düşmək, süqut etmək, dağılmaq.
// Çökmək, enmək. Suyun bulanlıq olmağına səbəb onun içində üzən xırda torpaqdır.
4. Bir işin, hadisənin təsiri azalmaq, zəifləmək, sakitləşmək, dayanmaq, qurtarmaq. Külək yatdı. İstilər bir az yatdı. Hirsi yatdı. Ehtiraslar yatdı.
Dava təzə şey deyil.
5. məc. Qəflət etmək, qəflətdə olmaq, arxayın olmaq, xəbərsiz olmaq, heç bir hərəkət göstərməmək. Yatmaq vaxtı deyil! Yatanları oyatmaq (qəflətdə olanları ayıltmaq). Yatmısan, heç nədən xəbərin yoxdur.
6. məc. Dayanmaq, işləməmək, fəaliyyətdən qalmaq. İş yatıb qalıb.
7. Keyimək, uyuşmaq, yuxulamaq. Ayaqlarım yatıb.
8. Yığılıb qalmaq, işə getməmək, satılmamaq (bu mənada adətən “yatıb-qalmaq” şəklində işlənir). Dükanlarda mal yatıb qalıb.
9. Həbsxanada olmaq, həbsdə olmaq, məhbus (dustaq) olmaq.
10. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ürəyinə yatmaq, könlünə yatmaq, ağlına yatmaq, dilinə yatmaq.
YATMAQ nədir? – YATMAQ nedir? – YATMAQ sözünün mənası – YATMAQ sozunun menasi – YATMAQ nə deməkdir? – YATMAQ ne demekdir? – YATMAQ sözünün izahı – YATMAQ sozunun izahi – YATMAQ sözünün istifadəsi – YATMAQ sozunun istifadesi