ÜZVİ
1. Həyat prosesləri ilə səciyyələnən; canlı, orqanik. Üzvi aləm. Üzvi təbiət.
2. Heyvan və bitki orqanizmlərinin pozulması, çürüməsi nəticəsində əmələ gələn; belə çürümənin məhsulu olan. Üzvi gübrələr.
□ Üzvi kimya – kimyanın, karbonun başqa elementlərlə birləşməsini tədqiq edən şöbəsi.
3. məc. Bir şeyin əsil mahiyyətinə, əsasına aid olan, bir şeylə ayrılmaz surətdə bağlı olan; daxili. Üzvi bağlılıq. Nəzəriyyə ilə praktikanın üzvi birliyi.
4. Tamı, bütövü əmələ gətirən hissələrdən hər biri. Cümlənin baş üzvləri.
ÜZVİ nədir? – ÜZVİ nedir? – ÜZVİ sözünün mənası – ÜZVİ sozunun menasi – ÜZVİ nə deməkdir? – ÜZVİ ne demekdir? – ÜZVİ sözünün izahı – ÜZVİ sozunun izahi – ÜZVİ sözünün istifadəsi – ÜZVİ sozunun istifadesi