TOXMAQ
1. Ağacdan yonulmuş iribaşlı çəkic, çox yoğun taxta çəkic.
2. Dəyənək, çomaq, kötək. Çoban toxmağı.
3. Keçmişdə qapını döymək üçün qapılara asılan çəkicəoxşar alət.
4. Paltarı suyun içində döyəcləyib təmizləmək və ya başqa məqsədlər üçün istifadə edilən bir başı qalın və yastı ağac parçası.
◊ Nə tüfəngə çaxmaq(dır), nə sünbəyə toxmaq; nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı – əlindən heç bir iş gəlməyən, heç bir işə yaramayan adam haqqında. Nə tüfəngə çaxmaq, nə sünbəyə toxmaq. ( Ata. sözü ).
TOXMAQ nədir? – TOXMAQ nedir? – TOXMAQ sözünün mənası – TOXMAQ sozunun menasi – TOXMAQ nə deməkdir? – TOXMAQ ne demekdir? – TOXMAQ sözünün izahı – TOXMAQ sozunun izahi – TOXMAQ sözünün istifadəsi – TOXMAQ sozunun istifadesi