TİKƏ
1. Böyük bir şeydən sınmış, qopmuş, ayrılmış və ya kəsilmiş kiçik hissə, parça, qırıq.
// Yeyilən şeyin bir hissəsi. Pendir tikəsi.
// məc. Yaşamaq üçün vəsait; yeyəcək, yeyiləcək şeylər. Tikəsini dostu ilə bölmək. – Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. ( Ata. sözü ).
2. “Bir” sözü ilə – bir tikə – 1) bir az, bir zərrə, bir qırıq, zərrə qədər, qətiyyən, əsla.
2) balaca, kiçik, bambalaca. Bir tikə uşaq.
◊ Tikə boğazından getmək – həyəcandan, yorğunluqdan, hirsdən və s. hisslərdən dolayı heç nə yeyə bilməmək.
Haram tikə – bax haram.
Ürəyi bir tikə olmaq – bax ürək.
Yağlı tikə – bax yağlı 3-cü mənada.
TİKƏ nədir? – TİKƏ nedir? – TİKƏ sözünün mənası – TİKƏ sozunun menasi – TİKƏ nə deməkdir? – TİKƏ ne demekdir? – TİKƏ sözünün izahı – TİKƏ sozunun izahi – TİKƏ sözünün istifadəsi – TİKƏ sozunun istifadesi