OLMAQ
1. Müstəqil feil kimi aşağıdakı mənalarda işlədilir: a) yaşamaq, sakin olmaq, ömür sürmək. İki il Bakıda oldum. O, yataqxanada olur.
b) mövcud olmaq, var olmaq.
c) iştirak etmək. Dərsdə olmaq. Qonaqlıqda olmaq. İclasda olmaq; ç) üz vermək, baş vermək, vaqe olmaq, əmələ gəlmək. Dünən balaca yanğın olmuşdu.
d) doğulmaq, dünyaya gəlmək, anadan olmaq. – Onun nəyi olub? – Bir qızı olub. Uşaqlar ekiz olub.
e) bir yerə gəlmək (getmək), bir yeri gedib görmək. Saat ikidə məktəbdə olacağam.
ə) yerləşmək, sığmaq. Şeylər çamadana olmur. Papaq başına yaxşı oldu; f) malik olmaq. Pulu olmamaq. Bağı olmaq. Maşını olmaq.
g) mümkün olmaq, icazə verilmək. Gəlmək olarmı? İçəri girmək olar; ğ) bir haldan başqa hala keçilmək, dəyişmək. Su donub buz oldu. Od sönüb kül oldu.
h) gəlib çatmaq, yetişmək. Səhər oldu. Gecə yarı oldu.
2. Köməkçi feil kimi işlədilir: a) ixtisas və sənət mənası verən isimlərdən sonra gələrək, həmin ixtisas və sənətə yiyələnməyi, onunla məşğul olmağı bildirir. Müəllim olmaq. Həkim olmaq.
b) isim, sifət və saylardan sonra gələrək həmin sözlərdən -lan
// -lən və -laş
// -ləş şəkilçilərinin əlavəsilə düzələn feillərin sinonimləri olan mürəkkəb feillər əmələ gətirir; məs.: xəstə olmaq (xəstələnmək), yaxşı olmaq (yaxşılaşmaq), qoşa olmaq (qoşalaşmaq), yoxsul olmaq (yoxsullaşmaq), şən olmaq (şənlənmək); c) bir sıra sözlərdən sonra gələrək mürəkkəb feil və ifadələr düzəldilir; məs.: bənd olmaq, xaraba olmaq, daxil olmaq, aşiq olmaq.
3. Oldu! şəklində – tabe şəxsin, verilən əmri, tapşırığı başa düşdüyünü və onu dərhal icra edəcəyini bildirən cavabı; baş üstə!
◊ Olan oldu (olub) – olub keçmiş, düzəlməsinə, islahına vaxt, imkan olmayan hadisə haqqında.
Olan oldu, keçən keçdi – keçmiş ola, artıq gecdir, keçənə güzəşt deyərlər.
Ay oldu ha! – işin baş tutmayacağını bildirmək üçün işlədilən istehzalı ifadə.
Bir dəfə (kərə) də olsun – heç, qətiyyən, əsla, tamamilə. Bir dəfə də olsun işə gecikməyib.
(Bu) olmadı – bir fikir və ya təkliflə razılaşmadıqda etiraz ifadəsi kimi işlədilir. Bu olmadı, o bizim ən yaxşı operatorlarımızdandır.
Hər necə (cür) olursa olsun – 1) heç bir şeyə baxmayaraq. Hər necə olursa olsun getməlisən.
2) bax hər necə olsa.
Hər necə olsa – hökmən, mütləq, heç bir şeyə baxmayaraq. [Tubu:] Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır.
OLMAQ nədir? – OLMAQ nedir? – OLMAQ sözünün mənası – OLMAQ sozunun menasi – OLMAQ nə deməkdir? – OLMAQ ne demekdir? – OLMAQ sözünün izahı – OLMAQ sozunun izahi – OLMAQ sözünün istifadəsi – OLMAQ sozunun istifadesi