GƏZMƏK
1. Yerimək, dolaşmaq.
// Ümumiyyətlə, hərəkət etmək, hərəkətdə olmaq.
2. Var-gəl etmək, o baş-bu başa gedibgəlmək; gəzişmək, gəzinmək. Eyvanda gəzmək. Həyətdə gəzmək.
3. Səyahət etmək, hər yeri dolaşmaq. O, bir çox ölkələri gəzmişdir.
4. Seyrə çıxmaq, gəzintiyə getmək.
5. Gəzərək baxmaq, gəzə-gəzə tamaşa etmək. Muzeyi gəzmək. Xan sarayını gəzmək.
6. Bir şeyi axtarmaq, hər yerə baxmaq. Kitabların arasını gəzmək. Şkafı gəzmək.
// Axtarış aparmaq, axtarmaq.
7. Bir yerdən başqa yerə köçmək, çox yerə baş vurmaq. Kəndbəkənd gəzmək.
8. məc. Görüşmək, dostluq etmək, vaxt keçirmək, ünsiyyət bağlamaq. Oğlan qonşu qızı ilə gəzir.
// məc. Cinsi yaxınlıqda olmaq.
9. məc. Vaxtını kefdə, əyləncədə, əyyaşlıqda keçirmək.
10. Keçmək, ötmək. Ay gəzər, il dolanar, şənbə düşər Novruza. ( Ata. sözü ).
11. Zahir olmaq, bir şeyin əlaməti görünmək, aşkar olmaq, özünü büruzə vermək. Dodağında təbəssüm gəzirdi.
12. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: dillərdə gəzmək, əldə gəzmək, kənar gəzmək.
GƏZMƏK nədir? – GƏZMƏK nedir? – GƏZMƏK sözünün mənası – GƏZMƏK sozunun menasi – GƏZMƏK nə deməkdir? – GƏZMƏK ne demekdir? – GƏZMƏK sözünün izahı – GƏZMƏK sozunun izahi – GƏZMƏK sözünün istifadəsi – GƏZMƏK sozunun istifadesi