DÜŞMƏK
1. Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşağıya enmək, tökülmək. Göydən üç alma düşdü… (nağılların sonu). Paraşütlə düşmə. Qayadan dərəyə iri daşlar düşürdü.
Qatır hürkdü.
// Yuxarıdan enib bir şeyin üzərində dayanmaq.
// Oturduğu, durduğu, ya çıxdığı yerdən aşağıya enmək. Ağacdan düşmək. Pilləkəndən düşmək. Damdan düşmək.
// Dərin bir şeyin dibinə enmək. Dalğıc dənizin dibinə düşdü. Quyuya düşmək.
2. Heyvan və ya başqa bir minikdən yerə enmək. Atdan düşmək. Arabadan düşmək. Avtobusdan düşmək.
3. Ayaq üstə dayana bilməyərək yıxılmaq.
// məc. Yıxılmaq (bu mənada adətən tərkib halında işlənir). □ Ayağına düşmək (bax ayaq1).
// Sərilmək, uzanıb qalmaq, sərələnmək, uzanmaq.
// Bu və ya başqa bir tərzdə yıxılmaq, yıxılıb qalmaq. Üz üstə düşmək. Böyrü üstə düşmək.
4. Özünü bir şeyin üstünə salmaq, yıxmaq, yaxud bir şeyin üstünə əyilmək.
5. Sallanmaq, tökülmək.
// Çox boş olduğu üçün yerində durmayıb aşağı sürüşmək, enmək, tökülmək. Paltar əynimdən düşür. Örpəyi başından düşdü. – Şirəli başını ovuşdurdu.
6. Öz-özünə tökülmək, yerindən çıxıb (qopub) düşmək. Dişi düşmək. Dırnağı düşmək. Divarın bir kərpici düşdü. Stolun bir qıçı düşdü. – Dişi düşmüş boz öküz qoşulub cöngələrə. ( Ata. sözü ).
7. Bir yerə gələrək orada müvəqqəti yerləşmək, qalmaq, müsafir olmaq, qonaq olmaq. Türkiyədə harada düşmüşdün? Mehmanxanaya düşmək. Qonaqlar bizə düşmüşlər.
8. Yağmaq. Bu il bu yerlərə heç yağış düşmədi.
// Qonmaq, çökmək, örtmək. Otların üzərinə şeh düşübdür. Bərk duman düşmüşdü, heç şey görünmürdü.
9. Yönələrək bir yerə, ya bir şeyin üzərinə yayılmaq, enmək, saçmaq, gəlmək. İşıq düşmək. Kölgə düşmək. Ağacların arasından ayın işığı düşür.
10. Paylaşdırma, təyinat nəticəsində bu və ya başqa bir yerə təyin edilmək, göndərilmək. İnstitutu bitirmiş həkimlərin ikisi Qazaxıstana, üçü Orta Asiya Respublikalarına düşdü.
// Bir yerə daxil ola bilmək, yaxud özünü yetirə bilmək, özünü sala bilmək; iştirak edə bilmək, bir yerdə olmağa imkan tapa bilmək. Təntənəli iclasa düşə bilmədim. Yeni tamaşaya güclə düşdüm. O, bu il ali məktəbə düşə bilmədi. Müdirin qəbuluna düşdüm.
11. Təsadüfi, ya qeyri-təsadüfi bir şeyin içində olmaq, özünü bir şeyin içində görmək. Tora düşmək. Tələyə düşmək. Həbsə düşmək.
// Keçmək, çıxmaq, daxil olmaq.
12. Başlamaq, yetişmək, gəlib çatmaq. Soyuqlar düşdü. İstilər düşdü. Sərinlər düşdü. Qış düşdü.
□ Axşam (qaranlıq) düşmək – hava qaralmaq, qaralmağa başlamaq.
Elə qaranlıq düşmüşdü ki, göz gözü görmürdü.
13. Baş vermək, başlamaq, qopmaq. Dava düşmək. Qarışıqlıq düşmək. Qaçhaqaç düşdü. Səs-küy düşmək. Çaxnaşma düşmək.
// Baş verib yayılmaq. Azar düşmək.
14. Başlamaq, şüru etmək, girişmək, iqdam etmək.
15. Bərqərar olmaq, meydana gəlmək, olmaq. Sakitlik düşmək. – [Əmi:] Ancaq bir az səbir lazımdır.
16. Çatmaq, yetişmək.
17. Dərəcəsi, şiddəti, səviyyəsi, miqdarı və s. azalmaq, əskilmək, zəifləmək, enmək. Suyun səviyyəsi yavaş-yavaş düşür. Havanın temperaturu çox düşmüşdür.
// Gücü, qüvvəti azalmaq, üzülüb əldən düşmək, qüvvətini itirmək.
// Seyrəkləşmək, zəifləmək. Ürəyinin fəaliyyəti düşmüşdür. Nəbzi düşmüşdür.
// Təzyiqi azalmaq. Barometr düşür. Qan təzyiqi düşmüşdür.
// Ucuzlaşmaq, aşağı enmək. Qiymətlər aşağı düşmüşdür. Birjada aksiyalar düşdü.
// Öz qiymətini, əhəmiyyətini, dəyərini, etibarını itirmək, alçalmaq. Kollektivin nəzərindən düşmək.
18. İtirmək, qeyb etmək, məhrum olmaq. Hörmətdən düşmək. Gözəllikdən (təravətdən) düşmək.
// Bir hissin keçib getdiyini, yox olmasını bildirir. Həvəsdən düşmək. Könüldən düşmək.
// Məhrum olmaq, əlindən çıxmaq.
19. Yorğunluqdan, soyuqdan və s.-dən keyimək, üzülmək, tabsız olmaq, taqətini itirmək. Soyuqdan barmaqlarım düşdü.
20. Təsadüf etmək, təsadüf olmaq, rast gəlmək, vaqe olmaq. Yolum düşdü, gəldim. Kitab düşdü, aldım.
// Keçmək, təsadüf etmək.
21. Bəxtinə çıxmaq, payına çıxmaq, qisməti olmaq. Uduş 35 nömrəli biletə düşdü. Mükafat kimə düşdü? Püşk ataq, kimə düşərsə, o getsin.
22. Çatmaq, yetişmək, yaxud çatmalı, yetişməli olmaq. Adam başına neçə düşür? Hərəyə üç manat düşür.
23. Xeyri olmaq, xeyir vermək, faydası olmaq, köməyi olmaq, yaxşı təsir etmək, yaramaq. Bu dərman mənə düşmür. Dəniz havası xəstəyə yaxşı düşür. Oranın suyu bizə düşmədi. Orduda xidmət etmək ona düşdü.
// Xoşbəxtlik, rifah gətirmək, şükümlü olmaq. Oraya getmək mənə düşmədi.
24. Uyğun olmaq, uymaq, münasib olmaq, uyğun gəlmək, düz gəlmək, yaraşmaq. Açar qıfıla düşmür.
// Tutmaq, yaraşmaq, uyuşmaq.
25. Sayılmaq, olmaq, münasib olmaq. Mənim deməyim pis düşər. Bu, heç yaxşı düşmədi.
26. Aid olmaq, üzərində yük olmaq, yüklənmək, üzərində qalmaq. Üzərinə məsuliyyət düşmək. Bütün qayğı onun üzərinə düşmüşdür. İşin çətinliyi bizim üzərimizə düşəcəkdir.
27. Hər hansı bir vəziyyət, şərait və s. içərisində olmaq; uğramaq, düçar olmaq, giriftar olmaq. Bəlaya düşmək. Fəlakətə düşmək. Qaranlığa düşmək. Soyuğa düşmək. Küləyə düşmək. Xəstəliyə düşmək.
□ Ayrı düşmək, aralı düşmək, uzaq düşmək – uzaqlaşmaq, bir-birini görməmək, əlaqəni itirmək.
// Bir hal almaq, bir şəkil almaq. Çimənlərin bədənləri istidən mis rənginə düşmüşdü.
28. Avara-sərgərdan dolaşmaq, gəzmək (bu mənada adətən tərkib halında işlənir). Küçələrə düşmək. Çöllərə düşmək. – [Kərəm:] Oldum xərabati, düşdüm səhraya; Xərabat əhlinə yol nəyə lazım? “Əsli və Kərəm”.
29. Bu və ya digər bir hissə qapılmaq, onun həvəsində olmaq, bir şeyin xəyalında olmaq. Niyyətə düşmək. Həvəsə düşmək. Eşqə düşmək (aşiq olmaq, vurulmaq). – [Kərəm:] Qürbət eldə məlul, məhzun qalmışam; Eşqinə düşəli Məcnun olmuşam. “Əsli və Kərəm”.
30. Qabağınca, dalınca, ya yanınca getmək, qoşmaq. Qabağa düş, yol göstər. İrəli düşmək. Dalınca düşmək (izləmək, təqib etmək). Yanına düşmək (yanınca getmək).
31. Bir şey üçün hədəf olmaq (bu mənada adətən tərkib halında işlənir).
32. Keçmək.
33. məc. Özünə fikir verməyərək, simaca və mənən acınacaqlı, düşkün bir hal almaq. Axır zamanlar o, çox düşmüşdür.
// Cismən zəifləmək, arıqlamaq; qocalmaq.
34. Vaqe olmaq, yerləşmək. Kənd yolun sağ tərəfinə düşür. Düz baxanda klub sol tərəfə düşür. Arada bir dağ düşüb.
35. Əmələ gəlmək, düzəlmək, salınmaq. Meşədən cığır düşübdür.
36. Sataşmaq, dəymək, görmək. Gözü qarşıdakı adama düşəndə duruxdu.
37. Yayılmaq, eşidilmək. Kəndə küy düşdü.
38. Birinci dəfə yem yeməyə başlamaq. Quzu ota düşüb.
39. Düşdükcə şəklində – təsadüf etdikcə, rast gəldikcə.
40. Düşəndə şəklində – vaxt, fürsət, imkan olanda, təsadüf gətirəndə, yeri gəldikcə, arabir, ara-sıra, bəzən, gah-gah. Düşəndə bir bizə də gəl.
41. Düşsə şəklində – təsadüf etsə, rast gəlsə, imkan olsa. Düşsə, mənə də al.
42. Nə düşüb, nə düşüb ki şəklində – nə dəxli var, nə aidiyyəti var, nə münasibəti var, səbəb nədir (ki), nə səbəbə (görə), nə işinə gərək, dəxli yoxdur, aidiyyəti yoxdur.
43. Bir çox isimlərə qoşularaq, müxtəlif ifadələr düzəldilir: məs.: gözü düşmək (bax göz), ürəyi düşmək (bax ürək), əldən düşmək (bax əl), bərkə düşmək (bax bərk), əl-ayağa düşmək (bax əl-ayaq).
◊ Düşər-düşməzi olar – nəticəsi, aqibəti bəlli olmayan, yaxud şübhəli olan şey haqqında.
DÜŞMƏK nədir? – DÜŞMƏK nedir? – DÜŞMƏK sözünün mənası – DÜŞMƏK sozunun menasi – DÜŞMƏK nə deməkdir? – DÜŞMƏK ne demekdir? – DÜŞMƏK sözünün izahı – DÜŞMƏK sozunun izahi – DÜŞMƏK sözünün istifadəsi – DÜŞMƏK sozunun istifadesi