DÖYMƏK
1. Əziyyət vermək, yaxud cəzalandırmaq üçün birini əl, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək.
2. Çəkicin zərbi ilə müəyyən şəklə salmaq. Dəmiri döymək.
// Döyüb yayma üsulu ilə misdən, dəmirdən və s.-dən bir şey hazırlamaq, qayırmaq. Qazan döymək. Tava döymək. Nal döymək.
3. Bir şeyi bir şeylə vuraraq səs çıxarmaq, taqqıldatmaq. Darvazanı döymək.
4. məh. Vurmaq, döyəcləmək, çarpmaq. Dalğalar sahil qayalarını döyür.
// Bir müddət bir şeyi başqa bir şeyə üsulluca vurmaq, toxundurmaq.
5. Müxtəlif alətlərlə biçilmiş taxılı, dəni sünbüldən ayırmaq.
Biçin vaxtı yetişdi.
6. Üyütmək, narın hala salmaq. Badam, qoz ləpəsini həvəngdə döymək. İstiot döymək.
7. Qiymə etmək, qiymə halına salmaq (qiyməkeş və s. ilə). Ət döymək.
8. məc. Məğlub etmək, əzişdirmək, əzmək. Düşməni yaxşıca döydük.
9. Müəyyən üsulla bədənə bir maddə yeritmək.
□ Çiçək döymək – orqanizmə çiçək xəstəliyinə qarşı maddə daxil etmək.
10. məh. dan. Etmək. Mərdan qiymət davası döymürdü.
11. Arası kəsilmədən vurmaq, bombalamaq; topa tutmaq, gülləyə basmaq. Toplarımız düşmən səngərlərini döyürdü.
12. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq döymək, döşünə döymək, gözlərini döymək, mürgü döymək.
DÖYMƏK nədir? – DÖYMƏK nedir? – DÖYMƏK sözünün mənası – DÖYMƏK sozunun menasi – DÖYMƏK nə deməkdir? – DÖYMƏK ne demekdir? – DÖYMƏK sözünün izahı – DÖYMƏK sozunun izahi – DÖYMƏK sözünün istifadəsi – DÖYMƏK sozunun istifadesi