DÖVRAN
1. Zaman, zəmanə, dövr, vaxt, çağ.
2. Dövr; dövr etmə, dairəvi şəkildə cərəyan etmə, dolanma. Qan dövranı.
3. məh. Tale, qədər mənasında.
4. etnoqr. Toy məclislərində camaatın dövrə vurub oturması.
// Toyda və s.-də çalğıçılar, xanəndələr üçün camaatdan toplanan pul.
◊ Dövran dolanmaq – vaxt gəlib keçmək, başa çatmaq, dövr vurub qurtarmaq.
Dövran etmək (eyləmək) – 1) dövr etmək, fırlanmaq, dövrəvi şəkildə hərəkət etmək. Damarlarda qan dövran edir. Su borularda dövran edir;
// məc. mənada.
2) yayılmaq, intişar etmək, ağızdan-ağıza keçmək, dolaşmaq.
Dövran qurmaq – büsat qurmaq, təntənə düzəltmək, şənlik düzəltmək.
Dövran sürmək – yaşamaq, həyat sürmək, həyat keçirmək, gün keçirmək.
Dövran vurmaq – dövrə vurmaq, dövrə gəzmək, dövrə vurub gəzmək.
DÖVRAN nədir? – DÖVRAN nedir? – DÖVRAN sözünün mənası – DÖVRAN sozunun menasi – DÖVRAN nə deməkdir? – DÖVRAN ne demekdir? – DÖVRAN sözünün izahı – DÖVRAN sozunun izahi – DÖVRAN sözünün istifadəsi – DÖVRAN sozunun istifadesi