DİRİ
1. Canı olan, canlı, sağ, yaşayan (ölü ziddi).
// Öldürülməmiş, başı kəsilməmiş, canı çıxmamış. Diri quş. Diri balıq.
□ Diri etmək – diriltmək, yaşatmaq, əbədiləşdirmək.
// İs. mənasında. Ölülər elə bilirlər ki, dirilər halva yeyir. ( Ata. sözü ).
Diri qalmaq – yaşamaq, ölməmək, var olmaq.
2. Yaxşı bişməmiş; çiy. Xörəyin düyüsü diridir.
3. Sərt, cod. Diri parça.
4. məc. Qüvvətli, çevik, qıvraq, diribaş, əlli-ayaqlı, bacarıqlı. Diri adam. Diri qocadır.
// Canlı, qüvvətli.
// Canlı, ifadəli.
DİRİ nədir? – DİRİ nedir? – DİRİ sözünün mənası – DİRİ sozunun menasi – DİRİ nə deməkdir? – DİRİ ne demekdir? – DİRİ sözünün izahı – DİRİ sozunun izahi – DİRİ sözünün istifadəsi – DİRİ sozunun istifadesi