ƏZMƏK
1. Basıb, ya sıxıb yastılamaq, şəklini pozmaq. Qarpızı, qovunu əzmək.
// Basıb (vurub, toxundurub) bir yerini çökəltmək. Samovarın, qazanın böyrünü əzmək.
2. Həvəngdə və s.-də döyüb narın etmək, toz halına salmaq. İstiotu həvəngdə əzirlər. – …Kakao Amerikadan gələn ot toxumudur.
// Ovmaq, doğramaq.
3. Hamarlığını, şaxlığını, düzlüyünü, yaxud ütüsünü pozmaq. Paltarları əzmək.
4. Basaraq, sıxaraq yumşaltmaq. Mumu əzmək.
5. məc. Darmadağın etmək, məğlub etmək. Düşməni əzmək.
6. məc. Döymək, kötəkləmək, əzişdirmək.
// Vurub yaralamaq.
7. məc. Sarsıtmaq, yox etmək.
8. məc. Mənəvi əzab vermək, əziyyət vermək, incitmək, narahat etmək.
◊ Özünü əzmək – naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək.
Əzib suyunu çıxartmaq məc. – bərk sıxışdırmaq, incitmək, istismar etmək.
ƏZMƏK nədir? – ƏZMƏK nedir? – ƏZMƏK sözünün mənası – ƏZMƏK sozunun menasi – ƏZMƏK nə deməkdir? – ƏZMƏK ne demekdir? – ƏZMƏK sözünün izahı – ƏZMƏK sozunun izahi – ƏZMƏK sözünün istifadəsi – ƏZMƏK sozunun istifadesi