ƏZİZ
1. Sevimli, istəkli, ürəyə yaxın. Əziz oğul. Əziz yoldaş.
// Mehriban, məhəbbətli, şəfqətli, sevən.
□ Əziz olmaq – hörmət bəslənilmək, hörmət edilmək; əzizlənmək.
Əziz tutmaq – 1) çox istəmək, hörmət bəsləmək, qayğı bəsləmək.
Camaat Səttarzadənin xətrini əziz tutur. Mir Cəlal;
2) hörmət və ehtiram bəsləmək. Bayramı əziz tutmaq.
// Ərköyün, ən istəkli. Ananın əziz qızı.
// Ən qiymətli, ən dəyərli, ən istənilən. Əziz ömrüm.
// Doğma, çox yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz yurd.
// Mübarək, ən hörmətli, müqəddəs.
2. Ən çox istənilən, ən çox tələb olunan, ən çox sevilən.
// Az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli sayılan.
□ Əziz olmaq – az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli, hörmətli olmaq, müqəddəs bir şey kimi baxılmaq.
3. Əzizim şəklində – 1) nəvazişlə müraciət. Əzizim, gəl gedək.
2) bax əziziyəm.
// Əziziyəm şəklində – bayatıların başında gələn ilk söz. Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz.
◊ Əziz başın üçün – birini inandırmaq üçün and məqamında işlədilir. Əziz başın üçün gələcəyəm.
Əziz olasan – təşəkkür ifadəsi.
ƏZİZ nədir? – ƏZİZ nedir? – ƏZİZ sözünün mənası – ƏZİZ sozunun menasi – ƏZİZ nə deməkdir? – ƏZİZ ne demekdir? – ƏZİZ sözünün izahı – ƏZİZ sozunun izahi – ƏZİZ sözünün istifadəsi – ƏZİZ sozunun istifadesi