ƏVƏZ
1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir.
□ Əvəz etmək (eləmək) – 1) yerini tuta bilmək.
2) ardınca gəlmək, yerini tutmaq.
Bəzən ən soyuq günü ən isti gün əvəz edir. Mir Cəlal;
3) dəyişdirmək. Növbətçini əvəz etmək;
// müvəqqəti olaraq yerini tutmaq, vəzifəsini icra etmək. Müdiri kim əvəz edir? Uzun müddət o, rəisi əvəz etdi.
// Tay, bərabər.
□ Əvəz olmaq – bərabər olmaq, uyğun olmaq.
2. Qarşılıq, mükafat, muzd, haqq. Zəhmətinin əvəzini aldı.
3. Qisas, intiqam, öc.
□ Əvəz(ini) almaq – intiqam(ını) almaq, qisas(ını) almaq.
Əvəz(ini) çıxmaq – bax əvəz(ini) almaq.
4. Yerlik halda: əvəzində – 1) bir şeyin və ya şəxsin yerinə, yerində.
2) qarşılıq olaraq, mükafat olaraq, müqabilində.
5. Çıxışlıq halda: əvəzindən – əvəz olaraq, yerinə, əvəzində.
6. Yönlük halda: əvəzinə – bax əvəzində.
ƏVƏZ nədir? – ƏVƏZ nedir? – ƏVƏZ sözünün mənası – ƏVƏZ sozunun menasi – ƏVƏZ nə deməkdir? – ƏVƏZ ne demekdir? – ƏVƏZ sözünün izahı – ƏVƏZ sozunun izahi – ƏVƏZ sözünün istifadəsi – ƏVƏZ sozunun istifadesi