ƏSKİ
1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz.
// Köhnəlmiş, yıpranmış, xarab olmuş. Əski şeylər. Əski paltar. Əski bir bina.
2. Qədim, keçmiş dövrlərə aid. Bu yerlərin əski əhalisi. Ölmüş əski dillər. Əski dinlərin qalıqları. Əski abidələr.
3. Çoxdankı, köhnə. Əski dost.
4. Təcrübəli, qocaman. Əski müəllim. Əski usta. Əski həkim. – [Möhsünzadə] yenə Zeynalın vəziyyətinə girmək, ona bir az yardım etmək istəyirdi.
// Yaşlı. Əski adamdır, cavan görünməsinə baxma.
◊ Əski hamam, əski tas – heç bir şey dəyişməyib, köhnə halında qalmışdır.
Əski qapı, əski daban – bax əski hamam, əski tas.
ƏSKİ nədir? – ƏSKİ nedir? – ƏSKİ sözünün mənası – ƏSKİ sozunun menasi – ƏSKİ nə deməkdir? – ƏSKİ ne demekdir? – ƏSKİ sözünün izahı – ƏSKİ sozunun izahi – ƏSKİ sözünün istifadəsi – ƏSKİ sozunun istifadesi