ƏRİTMƏK
1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək. Mumu əritmək. Qurğuşunu əritmək. Buzu əritmək.
2. Həzm etdirmək, həll etmək. İstisu xörəyi yaxşı əridir.
3. İşə getməyən malı cürbəcür yollarla işə vermək, satmaq. Köhnədən qalan malları əritmək.
4. məc. Arıqlatmaq, üzmək; arıqlamasına, zəifləməsinə, əldən düşməsinə səbəb olmaq.
5. məc. Utandırmaq. Sözlərim onu utandırıb əritdi.
6. məc. Yavaş-yavaş batırmaq.
7. məc. Hiss edilmədən keçirmək.
8. dan. Xərcləmək, korlamaq, israr etmək (əsasən pul haqqında).
ƏRİTMƏK nədir? – ƏRİTMƏK nedir? – ƏRİTMƏK sözünün mənası – ƏRİTMƏK sozunun menasi – ƏRİTMƏK nə deməkdir? – ƏRİTMƏK ne demekdir? – ƏRİTMƏK sözünün izahı – ƏRİTMƏK sozunun izahi – ƏRİTMƏK sözünün istifadəsi – ƏRİTMƏK sozunun istifadesi