ƏR
1. is. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc.
□ Ərə getmək – nikahlanmaq, birinin arvadı olmaq.
Ərə vermək – nikahlatmaq, öz qızının, bacısının və s.-nin biri ilə nikahlanmasına razı olmaq.
2. sif. və is. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. ( Ata. sözü ).
◊ Ər oğlu ər – igid, qəhrəman.
ƏR nədir? – ƏR nedir? – ƏR sözünün mənası – ƏR sozunun menasi – ƏR nə deməkdir? – ƏR ne demekdir? – ƏR sözünün izahı – ƏR sozunun izahi – ƏR sözünün istifadəsi – ƏR sozunun istifadesi