ƏMƏL₁
2. İcra, yerinə yetirmə.
□ Əməl etmək (eləmək) – yerinə yetirmək, icra etmək, riayət etmək. Göstərişə əməl etmək. Təlimata əməl etmək. Həkimin göstərişlərinə əməl etmək.
Əməl olunmaq (edilmək) – yerinə yetirilmək, riayət edilmək, icra olunmaq. Qaydaya əməl olunur.
Əmələ gəlmək – 1) baş vermək, meydana gəlmək, doğulmaq, törəmək, hasil olmaq. Bataqlıq durğun sudan əmələ gəlir.
// mümkün olmaq, başa gəlmək, həyata keçmək. Əmələ gələn şey deyil;
2) kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək. Buzov süd əmə-əmə əmələ gəldi. O, kurortdan sonra əmələ gəldi.
Əmələ gətirmək – 1) həyata keçirmək, yerinə yetirmək, icra etmək.
2) düzəltmək, vücuda gətirmək, təşkil etmək.
3. Rəftar, hərəkət, iş. Əməlləri ilə hamını özündən incitdi. Əz əməlinə görə cəzasını alacaqdır.
4. məc. Hiylə, kələk, biclik mənasında. Bu sənin əməlindir.
5. Hesabda tətbiq edilən əsas qayda. Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə.
◊ Əməli azmaq – pozğunlaşmaq, yoldan çıxmaq, həddini azmaq.
Əməli ayağına cidar olmaq – gördüyü işin cəzasını çəkmək, pis nəticəsini görmək.
ƏMƏL₁ nədir? – ƏMƏL₁ nedir? – ƏMƏL₁ sözünün mənası – ƏMƏL₁ sozunun menasi – ƏMƏL₁ nə deməkdir? – ƏMƏL₁ ne demekdir? – ƏMƏL₁ sözünün izahı – ƏMƏL₁ sozunun izahi – ƏMƏL₁ sözünün istifadəsi – ƏMƏL₁ sozunun istifadesi